Qadınların ağlına uymamaq lazımdır iddiası

Qadını rəhbər seçmək haqqında uydurmalar

“Bir qadını özlərinə rəhbər seçən qövmün vəziyyəti qətiyyən yaxşı olmaz.” (İbn Hənbəl, Müsnəd 5/43, 50; Tirmizi, Fitən 75; Nəsai, Xudat 8; Buxari, Fitən 18)

“Qadınlara itaət peşmanlıqdır.” (Təzkirətül-məvzuat 128, Kitabül-məvzuat 2, 272)

“Qadınlarla müzakirə edib məsləhətləşin və dediklərinin əksini edin.” (Əl-məqasidül-həsənə 248; Təzkirətül-məvzuat 128; Tənzihüs-şəriə 2-204; Silsilətül-əhadis 432)

“Allah zövcəsinə itaət edəni üzü üstə cəhənnəmə atar.” (İbn Ərrak II, 215)

Göründüyü kimi, xurafatçılar qadınları əhəmiyyətli mövqelərdə görmək istəmirlər və bu da onların qadınları dəyərsiz gördüklərinin əsas dəlillərindən biridir. Buna görə də qadınların rəhbər olmasına əsla razı olmazlar, hətta onlarla məsləhətləşməyi belə qəbul etmirlər. Qadınların düşündükləri hər şeyin yanlış olduğunu, gördükləri hər işin xətalı olduğunu güman edirlər. Bu, qadınları cəmiyyətdən tamamilə təcrid etmək üçün qurulan oyunlardan biridir. Yuxarıdakı saxta hədislər həmin oyuna xidmət etmiş, nəticədə, bir çox ölkədə azğın fikirlərin hakim olduğu xurafatçı cəmiyyətlər meydana gəlmişdir. Halbuki bu məntiq Qurana və Peyğəmbərimizin (s) əməllərinə tamamilə ziddir və İslamda qətiyyən belə bir şey yoxdur.