Bu gün dünyada yaşayan qadınların yarısı həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır. Çində ildə 1 milyon qız uşağı doğulan kimi öldürülür. Dünyada zorakılıq yolu ilə öldürülən qadınların sayı 40-50 milyondur. Beynəlxalq Miqrasiya Təşkilatı hər il iki milyon qadının xarici ölkələrə aparılıb qadın alverində istifadə edildiyini bildirir. Hələ də ən az 54 ölkədə qadınlara qarşı diskriminasiya qanunları mövcuddur. Hər üç qadından biri döyülür, cinsi istismara və təcavüzə məruz qalır. Cinayətə qurban gedən qadınların 70%-i partnyorları tərəfindən öldürülür. Qadınlar təkcə cinsi istismar və zorakılığa məruz qalmırlar. Eyni zamanda iqtisadi mənada da istismar edilirlər. Məsələn, dünyadakı işlərin 66%-ni qadınlar görür, ancaq dünyadakı ümumi gəlirin sadəcə 10%-nə, mal varlığının isə 1%-nə sahibdirlər. Başqa sözlə desək, dünyadakı işlərin 34%-i kişilər tərəfindən görülür, amma kişilər dünyadakı ümumi gəlirin 90%-nə və ümumi mal varlığının 99%-nə sahibdirlər.
Qadınlar keçmişdə də şiddətə və iqtisadi istismara məruz qalırdılar, hazırda da məruz qalırlar. Sosioloqlar və psixoloqlar qadına qarşı zorakılığın əsas səbəblərini elmi cəhətdən araşdırırlar. Bu araşdırmalarda işsizlik, yoxsulluq və savadsızlıq kimi ictimai səbəblərin, alkoqol və narkotikdən istifadənin, uşaqlıqda zorakılığa məruz qalan oğlanların psixoloji pozuntularının və ictimai təzyiqin qadına qarşı zorakılığın əsas səbəbi olduğu bildirilir.
Zorakılığın kişinin təbiətində olduğu, bunun kişi üçün güc, cəsarət, enerji mənasına gəldiyi kimi çox səthi və məntiqsiz nəzəriyyələr irəli sürülür. Ancaq bunların heç biri qadına qarşı zorakılığın qarşısını almağa kifayət etmir.
I Bu gün dünyada yaşayan qadınların yarısı həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır. Çində ildə 1 milyon qız uşağı doğulan kimi öldürülür. Dünyada zorakılıq yolu ilə öldürülən qadınların sayı 40-50 milyondur. Beynəlxalq Miqrasiya Təşkilatı hər il iki milyon qadının xarici ölkələrə aparılıb qadın alverində istifadə edildiyini bildirir. Hələ də ən az 54 ölkədə qadınlara qarşı diskriminasiya qanunları mövcuddur. Hər üç qadından biri döyülür, cinsi istismara və təcavüzə məruz qalır. Cinayətə qurban gedən qadınların 70%-i partnyorları tərəfindən öldürülür. Qadınlar təkcə cinsi istismar və zorakılığa məruz qalmırlar. Eyni zamanda iqtisadi mənada da istismar edilirlər. Məsələn, dünyadakı işlərin 66%-ni qadınlar görür, ancaq dünyadakı ümumi gəlirin sadəcə 10%-nə, mal varlığının isə 1%-nə sahibdirlər. Başqa sözlə desək, dünyadakı işlərin 34%-i kişilər tərəfindən görülür, amma kişilər dünyadakı ümumi gəlirin 90%-nə və ümumi mal varlığının 99%-nə sahibdirlər.
Qadınlar keçmişdə də şiddətə və iqtisadi istismara məruz qalırdılar, hazırda da məruz qalırlar. Sosioloqlar və psixoloqlar qadına qarşı zorakılığın əsas səbəblərini elmi cəhətdən araşdırırlar. Bu araşdırmalarda işsizlik, yoxsulluq və savadsızlıq kimi ictimai səbəblərin, alkoqol və narkotikdən istifadənin, uşaqlıqda zorakılığa məruz qalan oğlanların psixoloji pozuntularının və ictimai təzyiqin qadına qarşı zorakılığın əsas səbəbi olduğu bildirilir.
Zorakılığın kişinin təbiətində olduğu, bunun kişi üçün güc, cəsarət, enerji mənasına gəldiyi kimi çox səthi və məntiqsiz nəzəriyyələr irəli sürülür. Ancaq bunların heç biri qadına qarşı zorakılığın qarşısını almağa kifayət etmir.
Belə ki, ABŞ-da hər 6 dəqiqədə bir qadına tə*ca*vüz edilir. İngiltərədə hər 7 qadından biri sevgilisi tərəfindən tə*ca*vüzə məruz qalır. Fransada hər ay 6 qadın ailə daxili zorakılıq səbəbindən həyatını itirir. Ölkəmizdə də bu vəziyyət elə də fərqli deyil. Rəsmi statistik rəqəmlərə görə, ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı keçən illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 75-80 faizini qadınlar təşkil edib.
Bu məlumatlar dünyada qadınların zorakılıq, psixoloji təzyiq, bərabərsizlik, ayrı-seçkilik və haqsızlıq içində yaşamağa davam etdiklərini göstərir.
Qadına qarşı siyasi və ictimai təzyiq qədim dövrlərdən etibarən davam edən çirkin ənənə halını almışdır. Dünyanın ən inkişaf etmiş və zəngin ölkələrində belə rast gəlinən bu zehniyyətin arxa planında qadının yarı-insan olaraq görülməsinin payı var. Bunun nəticəsində qadın guya əzilməyə məhkum, zavallı, təzyiq görməyə layiq varlıq olaraq qəbul edilir. Dünyanın bir çox ölkəsində qadınların təhsildən məhrum edilməsində, evə məhkum edilməsində, iş imkanlarının qanuni və ənənəvi əngəllərlə məhdudlaşdırılmasında, iş şəraitində bərabərsizlik və ayrı-seçkiliklə üzləşməsində, bunun nəticəsində cəmiyyətin ən yoxsul, ən müdafiəsiz və zəif fərdi halına gəlməsində bu yanlış düşüncənin böyük payı var.
Bütün dünyada qadınlara qarşı bu yanlış dünyagörüşünün və qadın hüquqları axtarışının dəyişməsi lazımdır. Ancaq qınayaraq və ya qanunlarla bunun həll olmayacağı da aşkardır. Qadına ictimai həyatda, siyasətdə, iş yerində, küçədə, evdə, qısaca hər yerdə öncəlik verilməsi önəmlidir.
Burada həll yolu üçün problemin əsas səbəbini araşdırmaq lazımdır. İllər boyu insanlara təlqin edilən mənfəətpərəst, Allahdan uzaq təhsil sistemi və bunun nəticəsində meydana gələn inancsızlıq cəmiyyətdəki zorakılığın əsas səbəbidir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradıcısı olduğunu, hər kəsin yaşamaq hüququna malik olduğunu düşünmürlər. Eqoizm, özünü bəyənmə, öz mənfəətini düşünən insanlarda narazılıq duyğusu güclü şəkildə baş qaldırır. Bu da cəmiyyətdə azğıncasına sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu pik həddə gətirib çıxarır. Şəfqət, mərhəmət və anlayış yerini davaya, təcavüzkarlığa və münaqişəyə verir. Haqlının deyil, güclünün həyatda qala biləcəyi inancı dünyanı sanki sevgisizlik cəhənnəminə çevirir.
Anormal, partlamağa hazır bomba kimi yaşayan insan modeli varlı da olsa, universitet də bitirmiş olsa, ruhundakı zorakılıq istəyini heç bir şəkildə tərk edə bilmir. Eqoizm və sevgisizlik insanları özündən başqasına dəyər verməməyə sövq edir. Təkcə şəxsi mənfəəti üçün bir araya gələn qadın və kişi zaman keçdikcə bir-birindən nifrət edir və nəticədə kişiyə nisbətən daha zəif olan qadınlar ən pis formada zorakılığa məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir və ya ən gözəl mühit qadın üçün kabus ola bilir.
Problemin həlli üçün qadını yarım varlıq olaraq görən yanlış, xurafat və fanatik fikirlərin dəyişməsi çox vacibdir. Qadın Allahın bu dünyadakı ən gözəl təzahürüdür və çox özəl varlıqdır. Yanlış ideologiyalar tərəfindən təlqin edilməyə çalışılan zehniyyətin əksinə qadının mərhəmətdə, şəfqətdə, sevgidə, sədaqətdə, vəfada, incəlikdə, təmizlikdə, hər tərəfli düşünmədə, keyfiyyətdə, gözəllikdə və daha bir çox məsələdə kişidən daha üstün olduğu izah edilməlidir. Həmçinin qadınların incə varlıq olduqları, xoş və çox zəkalı olduqları xatırladılmalıdır.
Unudulmamalıdır ki, kişilər daha səthi düşünərkən qadın daima dərin düşünür. İncəsənətə, estetikaya olan meylliliyi daha güclüdür. Buna görə də, qadın dünyanın bəzəyi, gözəlliyi və ən böyük nemətidir. Allah qorxusu və Allah sevgisi ilə birlikdə qadının bu xüsusiyyətlərinin daimi olaraq ətraflı və səmimi olaraq gənclərə izah edilməsi həyati əhəmiyyət daşıyır. Allah sevgisi və Allah qorxusu olan insan qarşısındakı qadını Allahın yaratdığını bildiyi üçün ona qarşı böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan bir kişi qadına qarşı ən kiçik incidici söz söyləməz və bütün imkanları ilə onu qoruyar.

