Qadınlar haqqında digər yanlış bilinənlər

Quranda qadınlar haqqında bilinən başqa yanlış məlumatlardan biri də hz

Quranda qadınlar haqqında bilinən başqa yanlış məlumatlardan biri də hz. Adəm və onun zövcəsi barəsindəki məlumatlardır. Quranda zövcəsinin hz. Adəmi aldadıb günaha sürüklədiyi barədə heç bir açıqlama yoxdur. “Əraf” surəsini 11-ci ayədən 28-ci ayəyə qədər oxuyanda görürük ki, hz. Adəmi və zövcəsini birlikdə aldadan şeytandır.

Eyni şəkildə, Quranda qadının kişinin qabırğa sümüyündən yaradıldığına da dair hər hansı məlumat yoxdur.

Yanlış bilinən mövzulardan bir başqası isə Quranın yalnız kişilərə xitab etməsi barədədir. Halbuki Quranın 90 faizindən çoxunda kişi və qadınlara birlikdə xitab edilir. Belə ki, “Adəm oğulları” ifadəsi ilə bütün insanlara və “iman edənlər” ifadəsi ilə inananlara xitab edilir. Tək kişilərə xitab edən ayələr kimi, yalnız qadınlara xitab edən ayələr də vardır. Quranda bəzi ayələr isə birbaşa Peyğəmbərimizə xitab edir.