Qadınlar bu dünyanın ən gözəl nemətlərindən biridir

Xurafatçıların qadınlara baxışı

Xurafatçı zehniyyətin sevgisiz və kobud olduğunu göstərən xüsusiyyətlərdən biri də onların qadınlara baxış formalarıdır. Qadına dəyərsiz varlıq kimi yanaşan xurafatçılar müxtəlif xurafatlarla onları cəmiyyətdən uzaqlaşdırır, hətta küçədə görmək belə istəmirlər.

Xurafatçılar qadınların iman və ağlının əksik olduğuna inanırlar və bu, onların qadına münasibətlərinin əsasını təşkil edir. Buna görə də qadınların yarım görülməsində və onların idarə olunmasında israrlıdırlar. Xurafatçılar üçün qadının varlığı belə təhlükə və qəzəbə bir səbəbdir. Bu səbəbə görə mümkün qədər onu qapalı şəraitdə saxlamaqla, cəmiyyətdən soyutmaqla və bütün haqlarını əlindən almaqla sanki yox kimi elan etməyə çalışırlar. Qadını ikinci sinif varlığa çevirib onun qərar verməsini əngəlləməklə və sosial məsələlərdə rolunu azaltmaqla özlərinin hakim olduğu cəmiyyət meydana gətirməyi hədəfə alıblar. Çünki yaxşı bilirlər ki, qadınlar, ümumiyyətlə, hər şeyi detallı düşünürlər və hadisələrin incə məqamlarına diqqət yetirməklə qəti nəticələr çıxara bilirlər. Onları müəyyən qərarlar verməkdən saxta üsullarla kənarlaşdırmaq xurafatçıların saxtakarlıqlarını rahat yaymalarına şərait yaratmışdır.

Halbuki Allah təqvada qadın və kişini ayırmır. Rəbbimiz saleh əməllərin və gözəl əxlaqın yayılması üçün aparılan fikri mübarizədə qadına da, kişiyə də eyni vəzifə vermişdir. Qadın və kişi Qurana əsasən, məsuliyyət baxımından bərabərdirlər. Lakin diqqət, qayğı və dəyər baxımından qadın Quranda kişidən üstün tutulur. İndiyə kimi bəzi xurafatçılar və İslam düşmənləri tərəfindən qadınların əleyhində dəlil kimi göstərilən ayələr, əslində, qadının üstünlüyünü və Allahın qadına verdiyi dəyəri göstərir.

Quranda Rəbbimizin qadın üçün təsvir etdiyi bənzətmə onun dəyərini də göstərir. Quranda qadın zərif bitkiyə bənzədilir. Hz. Məryəm üçün verilən bu təsvir qadına verilən dəyərin açıq izahıdır.

I Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi… (Ali İmran surəsi, 37)

Gözəl bir bitki xüsusi qayğı tələb edir, buna görə də çox dəyərlidir və gərək ona qarşı diqqətli olasan. Çiçəyin gözəlliyi, həssaslığı, xüsusi diqqət tələb etməsi və əhəmiyyəti qadının İslamdakı yerini mükəmməl şəkildə izah edir. Bu, bir həqiqətdir ki, Allah yer üzündəki bütün çiçəkləri və bitkiləri gözəllik ünsürü olaraq təmizlik simvolu kimi və möhtəşəm yaradılış həqiqəti kimi yaratmışdır. Gözəlliyin ifadəsi olan bu yaradılışın qadına ithaf edilərək istifadə olunması, Allahın gözəllik simvolunu qadına bənzətməsi qadına verilən dəyəri çox gözəl izah edir.