Qadının uğursuz olduğu iddiası

Namazı pozanlar haqqında uydurma hədis

“Rəsulullah buyurdu ki, sizdən biriniz sütrəsiz (səccadənin önünə qoyulan maneə) namaz qılarsa, (önündən keçdiyi təqdirdə) bunlar namazını pozar: eşşək, donuz, yəhudi, məcusi və qadın…” (Buxari, Salat 90, Elm 18, Azan 161, Cəzaüs-Sayd 25; Müslim, Salat 254 (504); Müvətta, Qəsrüs-Sala)

“Namazı qara it, eşşək, donuz və qadın pozur.” (Səhihi-Müslim, Salat 265; Tirmizi, Salat 253/338; Əbu Davud, Salat, 110/720)

“Bir şeydə (uğursuzluq) olsa idi, qadın və məskəndə olardı.” (Buxari, Cihad 47, Nikah 1, Tibb 43, 54; Müslim, Salam 119, Müslim, Tibb 117-120, (2226); Müvətta, İstizan 21)

Allahın gözəl surətdə yaratdığı dediyi qadınları qara it, eşşək, donuz kimi bənzətmələrlə alçaltmaq, uğursuz adlandırmaq Quran əxlaqına əsla uyğun gəlmir. Müsəlman qadınlar Quranda təriflənən, nümunə göstərilən, hörmət və sevgi bəslənən mübarək insanlardır.

Eyni zamanda çox sevimli və insanlar üçün faydalı olan canlıların uğursuz varlıq kimi ibadəti pozduğunun deyilməsi bu qorxunc məntiqin təzahürüdür.

Ümumiyyətlə, İslamda uğur və ya uğursuzluq anlayışı yoxdur. Bu sözlər tamamilə şirkə əsaslanır. Xeyir də, şər də Allahdandır. Yaradılmış heç bir şeyin insana uğur və ya uğursuzluq gətirməsi mümkün deyil və müstəqil gücü də yoxdur. Uğursuzluğa inanmaq müşrik xüsusiyyətidir və Allah, əslində, onların uğursuz olduğunu bildirir:

“…Agah olun ki, Allah qatında uğursuz olanlar özləridir, lakin onların əksəriyyəti bilməz!” (Əraf surəsi, 131)