Quran əxlaqının yaşanmadığı cahil cəmiyyətlərdə qadın və kişi üçün fərqli qanunlar müəyyən olunmuşdur. Kişinin göstərməli olduğu xüsusiyyətlər qadından tamamilə fərqlidir.
Quran əxlaqından xəbərsiz yaşayan bu qadınlar, ümumiyyətlə, cəmiyyət tərəfindən təyin olunan və nəsildən-nəsilə ötürülərək gələn xarakterə sahibdirlər. Quranda bildirilən ideal qadın xarakteri isə tamamilə fərqlidir. Qurana görə qadın və kişi eyni məsuliyyətlərə sahibdirlər.
Allah Quranda “ideal müsəlman xarakteri”ndən bəhs etmişdir. Bu xarakterdə kişinin məsulliyyətləri eynilə qadına da aid edilmişdir. Həmin əxlaqı yaşayan müsəlman qadın olduqca güclü və imanlıdır.
Dünyanın bir çox ölkəsində şiddətə və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, qocalar evində tərk edilmiş nə qədər qadın var və bu vəziyyətlərinə çıxış yolu tapa bilmirlər. Bu problemin əsl həlli Quran əxlaqının yaşanmasındadır. Ancaq burada diqqət edilməli məqam var. Quran əxlaqı Allah´ın rizasını və sevgisini qazana bilmək üçün yaşanmalıdır.
Allah Quranın bir çox ayəsində qadınların haqlarını qoruyaraq cahil cəmiyyətlərdə onlara aid edilən səhv düşüncələri aradan qaldırmış, beləliklə, qadınlara cəmiyyətdə dəyər qazandırmışdır. Rəbbimiz insanlara Quranda üstünlüyün cinsiyyətlə deyil, Allah qorxusu, iman, gözəl əxlaq və təqva ilə olduğunu bildirmişdir.
İnsanlar arasındaki üstünlük meyarı təqvadır
Bəzi insanlar üçün bir şəxsin dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da böyük əhəmiyyət daşıdığını görürük. Bu üstünlük müxtəlif cəmiyyətlərə görə fərqli olsa da, ümumiyyətlə, eyni mənaya gəlir.
Məsələn, bu insanlar qadınları cəmiyyətin təyin etdiyi qayda-qanunlar əsasında dəyərləndirirlər. Buna görə bəzi qadınları ikinci dərəcəli insan kimi qəbul edir və həyatlarını da bu yanlış düşüncə ilə dəvam etdirirlər. Ancaq Allah Quranda insanlar arasındakı tək üstünlüyün təqva olduğunu bildirmişdir. Allah ayədə “… Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” (Bəqərə surəsi, 197), – deyə buyuraraq insanların qazanacaqları ən gözəl xüsusiyyətin təqva olduğunu xəbər vermişdir. Buna görə də insanların əsl hədəfləri mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, onlara həm dünyada, həm də Allah Qatında üstünlük qazandıracaq “təqva” olmalıdır.
Allah´ın Quranda bildirdiyi ayələrdən aydın olduğu kimi, üstünlüyü qadın və ya kişi olmaqla fiziki gücdə, ya da başqa cahiliyyə xüsusiyyətlərində axtarmaq çox yanlışdır. Üstünlük ancaq Allah´ın bizə Quranda bildirdiyi kimi, “təqva” ilədir.
İslam əxlaqında qadın və kişi bərabərdir
Qadının cəmiyyətdəki yeri haqqında, dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bəri mübahisələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləməməsi kimi bəzi ictimai mövzular illərdir dünya gündəmindədir.
Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox açıqdır və gerçək İslam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə belə bir mübahisənin yaranması mümkün deyil. Çünki İslamda qadılan kişi bərabərdir. Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətən daha gücsüz olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil.
İslam əxlaqına görə, əsl əhəmiyyətli olan, insanın qadın, ya da kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanmasıdır, Allahın əmr və qadağalarını qoruması, Quran əxlaqını ən gözəl tərzdə yaşamasıdır. İnsanın bu xüsusiyyətlərinə Allah Qatında dəyər veriləcək. Allah Quranda qadın və ya kişi olsun, iman gətirən şəxsin sahib olduğu xüsusiyyətləri açıqlamışdır:

