Qadının ən gözəl bəzəyi imanı və imandan gələn ağlıdır

Müasir dünyada əxlaqi çöküş və həlli

Zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur. Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb.

Əxlaqa uyğun olmayan əməllər müasirlik adı altında bəzi televiziya verilişlərində, filmlərdə, sosial mediada açıq şəkildə nümayiş olunur. Azadlıq, demokratiya və insan hüquqları kimi geniş miqyaslı degenerasiya təbliğatı aparılır. Cinsi azğınlıqlar və qeyri-qanuni münasibətlər tənqid edilməməklə yanaşı, guya cəsarət nümunəsi kimi cəmiyyətlərə təqdim edilir, azğın əməllər bəyənilərək insanların gözündə cəlbedici göstərilməyə çalışılır. Bunun nəticəsində də başda uşaqlar və gənclər olmaqla cəmiyyətin bütün təbəqələri bundan mənfi təsirlənir. Qadınlar da onlardan biridir…

Bir çox sosioloq və mədəniyyət xadimi əxlaqi degenerasiyanın meydana gətirdiyi bəsit həyat tərzinin xüsusilə qadınlar üzərində məhvedici təsiri olduğunda həmfikirdir. Bu mədəniyyətin bütün dünyada, “həm görüntü, həm də davranış baxımından eynilə bir-birinə bənzəyən, sanki mənliklərini, şəxsiyyətlərini itirmiş, keyfiyyətsiz qadın modeli” ortaya çıxardığını müdafiə edənlərin sayı da az deyil.

Dünyaya açılan bir növ pəncərə olan televiziyadakı bəzi proqramların baş verən bu əxlaq eroziyasında böyük təsiri var. Bəzi evlilik proqramları və müxtəlif yarışmalar mənfəətpərəst, davakar, sözgəzdirən, intriqaçı, alicənablıqdan uzaq qadın portreti ortaya qoyur. Bu kimi proqramlar dəyər mühakimələrindən əyləncə vərdişlərinə, geyim tərzlərindən insan əlaqələrinə qədər bir çox mənfi təsirin səbəbinə çevrilir. Sözügedən proqramlarda iştirak edənlərin alçaldıcı sözlər söyləmələri, maddi maraqları üstün tutub, tamahkarlıq nümayiş etdirmələri və özlərini alçaltmaları qadınların cəmiyyətdəki imicini zədələyir. Məqsədsiz, ideyasız, ruha deyil, maddiyyata önəm verən, heç kəsi sevməyən, yalnız öz mənfəətlərini güdən qadın modelinin təqdim etdiyi bu proqramlara görə ictimai quruluşda ciddi pozulma yaranır.

Halbuki qadınlar bu dünyanın ən böyük dəyərlərindən biridir. Gözəl əxlaqları, dərinlikləri, təmizlik və namus anlayışları, incə düşüncəli, fədakar, vəfalı olmaları ilə zərif çiçəyə bənzəyən çox qiymətli varlıqlardır.