Quranın heç bir ayəsində qadınların ağıl baxımından kişilərdən daha zəif olduğu barədə məlumat yoxdur. Əksinə olaraq, bir çox ayədə “mömin qadınlar və mömin kişilər” ifadəsi ilə Allah qatında bərabər məsuliyyət daşıdıqları, yəni eyni ağıl və vicdana sahib olduqları xəbər verilir. Bundan başqa, Səba məlikəsi nümunəsində olduğu kimi, qadın əhəmiyyətli məsələlərdə qərar verən dövlət başçısı ola bilər. Üstəlik, bir insanı ağıllı edən fərqli fiziki quruluşa malik olması deyil, sahib olduğu Allah qorxusu, Allah sevgisi, iman dərinliyi və vicdanıdır. Allah qadın və kişi olmasından asılı olmayaraq, hər insanın vicdanına doğru və yanlışı mütləq ilham edir. Belə ki, insanın ağıllı və dindar olması onun cinsiyyətindən asılı deyil. Onun vicdanına vəhy edilənə ən mükəmməl şəkildə tabe olmasından və “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər…” (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, Allahdan qorxmasından asılıdır. Ağıl üçün Qurandakı yeganə ölçü budur. Odur ki, insan kişi olduğu üçün üstün olmadığı kimi, qadın olduğu üçün də iman və ağıl baxımından zəif olmaz. Lakin xurafatçıların dini Qurandan tamamilə fərqlidir və iftiralarla doludur.
Həmin saxta hədislərlə Allaha qarşı iftira atmaqları onların nə qədər həddi aşdıqlarını göstərir. Quranın heç bir yerində “indi isə ağıllarını azaldacağam, o, iyrənərək və istəməyərək yüklü olacaq, övladını çətinliklə dünyaya gətirəcək” ifadəsi yoxdur. Allahın sözü olaraq iddia edilən bu ifadə Quranda yoxdursa, bəs haradadır? Yalan danışmaq xurafatçıların ən böyük fitnələrindən biri olduğuna görə belə bir iftira ata bilirlər.

