Puma fövqəladə gücü və dözümlülüyü ilə tanınır. Heyvan bir tullanmada 6 m. məsafəni qət edə bilər. Həm də 12 m. yüksəkliyə sıçraya bilər, 18 metr hündürlükdən də asanlıqla tullana bilər. Bir puma öz çəkisindən 3 qat çox olan ovu qarda asanlıqla sürüyə bilər. Ovunu axtararkən ərazisindən 45-75 km. uzağa qədər gedə bilər. (Hayvanlar Ans, C.B.P.C Publishing, “Memeliler”, səh.185)
Pumalar neçə metr məsafəyə qədər tullanır?
