Propaganda Due (P2)

1981-ci ilin mart ayında, iki Milan prokuroru, 1979-cu ildə saxta qaçırılma hadisəsi ilə ortadan itən Siciliyada anadan olan beynəlxalq bankir Michele Sindonanın vəziyyətini araşdırırdılar. Vatikanın maliyyə məsləhətçisi olan Sindonanın eyni zamanda mafiya ilə də yaxın əlaqələri olduğunu düşünürdülər. Araşdırmaları əsnasında maraqlı bir şey tapdılar: Sindona polisdən qaçaraq Palermoda saxlandığı sırada tam 600 mil şimaldakı Arezzo şəhərinə getmiş və orada Licio Gelli adlı tekstil istehsalçısı ilə görüşmüşdü. Sindona kimi bir adamın, “yeraltında” olduğu bir sırada, özü ilə görüşmək üçün 600 mil yol getdiyi bu Licio Gelli, şübhəsiz əhəmiyyətli biri olmalı idi.

Bu səbəblə prokurorlar Gellinin araşdırılması əmrini verdilər. 17 mart günü polislər bu maraqlı sənayeçinin ofisində gizli bir siyahı tapdılar. Siyahıda tam 962 ad vardı. Və bu siyahı adi bir siyahı deyildi; Propaganda Due, ya da qısaca P2 adındakı bir mason lojasının üzvlərinin siyahısı idi. Gelli isə bu lojanın Böyük ustadı idi.

Siyahını tapanları çaşqına çevirən şey isə, lojanın üzvlərinin İtalyanın ən əhəmiyyətli kəsləri olması idi. P2 üzvləri arasında; 3 nazir, 43 parlament üzvü, 43 general, 8 admiral, gizli xidmət şefləri, yüzlərlə yüksək səviyyəli bürokrat və diplomat, İtalyanın dörd böyük şəhərinin polis şefləri, sənayeçi və maliyyəçilər, məşhur “Corriere Della Sera” qəzetinin redaktor və nəşr edəni də daxil olmaq üzrə 24 jurnalist və həmçinin bəzi məşhur televiziya ulduzları yer alırdı. Michele Sindona da lojanın üzvü idi. Bir başqa loja üzvü bankir isə, daha sonra Londondakı Blackfriars körpüsündə, (bu körpü Orta əsrlərdə məbədçilərə aid olan bir kilsənin yalnız bir neçə yüz metr uzağındakı mənası olan bir körpü idi) masonik ayinlərə görə asılaraq “edam” ediləcək olan Roberto Calvi idi.

Bütün P2 üzvləri, ələ keçən sənədlərdən aydın olduğu qədər Gelliyə bağlılıqlarını təqdim etmişlər və hər cür çağırışına hazır olduqlarını bildirmişlərdi. Cəmi 962 üzv, öz aralarında hər birinin ayrı bir başçısı olan 17 qrupa, yəni hücrəyə ayrılmışlardı. Gelli, P2-ni o cür dahiyanə və gizli şəkildə idarə edirdi ki, üzvlər öz aralarında kimlərin olduğunu tam olaraq bilmirdilər. Bir ölçüdə daha çox məlumat sahibi olan hücrə başçıları belə ancaq öz qruplarındakı üzvləri tanıyırdılar.

Yaxşı bəs, Gelli kim idi?

Lojanın Böyük ustadı olan Licio Gelli, militan faşist idi. Gelli, İspaniya Vətəndaş müharibəsində faşistlər safında müharibəyə qatılmış, Mussolininin alovlu dəstəkləyicisi olmuşdu. Daha sonra, İtalyan partizanlarına edilən işgəncələrə adı qarışdığı üçün ölkəsini tərk etmək məcburiyyətində qalmışdı. Döyüşdən sonra Argentinaya qaçmış, orada ölkə prezidenti Juan Peronla yaxın dostluq qurmuşdu. İndi isə P2 mason lojasının Böyük ustadı idi.

Şübhəsiz bu gerçəyin ortaya çıxması bütün İtaliyanı şoka saldı. Araşdırmalar lojanın dövlət rəhbərliyində böyük rol oynadığını, həmçinin İtalyanın bitmək-tükənmək bilməyən sui-istifadə hadisələrində də böyük təsiri olduğunu ortaya çıxardı. Mason kardinallar sayəsində Vatikanı da “pul yuyulma mərkəzi” halına gətirən loja, əfsanəvi İtalyan mafiyasının ən güclü qolu idi. P2, sui-qəsd, bombalama kimi bir çox terror hərəkətinin də arxasında idi və məşhur əks-partizan təşkilatı Gladio ilə də yaxın əlaqələri olmuşdu.

P2, uzun zamandır Avropa və Latın Amerikadakı faşist quruluşlara, Vatikan və CIA vəsaitlərini köçürərək, dəstək verirdi. Loja üzvlərindən Michele Sindona (sonradan bir İtalyan vəkili öldürmə cinayəti ilə həbs olundu və 1984-cü ildə həbsxanada içdiyi zəhərli qəhvə ilə öldü) yalnız P2-in xəzinədarı olmaqla qalmayıb, eyni zamanda Vatikanın da sərmayə məsləhətçisi idi. Sindona, Vatikanın İtaliyadakı varlıqlarını satıb, ABŞ-da sərmayə qoymasına kömək etmişdi. Həm mafiya, həm də CIA üçün işləyən Sindona, daha əvvəllər, Yuqoslaviyadakı “dostlarına” və Yunanıstanda 1967-ci ildə iqtidarı ələ keçirən “Albay Cuntası”na da vəsait köçürülməsində vəzifə aldı.

Məclis araşdırma komissiyası tərəfindən toplanan sənədlər, P2-in silah satışlarından xam neft qiymətlərinə qədər, hər mövzuda təsir yarada bilən beynəlxalq təşkilat olduğunu ortaya çıxardı.

Qeyri-qanuni və gizli P2 lojasının başı və İtaliya bank qalmaqallarının qaranlıq adı Licio Gelli, 12 il həbs cəzası aldı.