İsrail terrorunun əsas hissəsini işgəncə təşkil edir. 1967-ci ildən bəri iki milyondan çox fələstinlini işğal altında yaşamağa məcbur edən İsrail, bu fələstinlilərin əzmini qırmaq və onları köçə razı salmaq üçün sistemli şəkildə işgəncə siyasəti həyata keçirmir.
Bu qorxunc işgəncə üsulları ilk dəfə Londonda nəşr olunan “Sunday Times”-ın 1977-ci ilki buraxılışında apardığı uzun bir araşdırma nəticəsində meydana çıxdı. Sənədləşdirilən hadisələr 1967-ci ildən etibarən on illik İsrail işğalı zamanı işgəncə görən qırx dörd fələstinlinin vəziyyətini göstərirdi.
Buna görə İsrailin Nablus, Ramallah, Hebron və Qəzzadakı həbsxanalarda, Qüdsdəki rus binası ya da Moskoviya olaraq bilinən sorğu və nəzarət mərkəzində və Yona, Ramla, Sarafand, Nafha kimi xüsusi əsgəri həbsxanalarda ağılasığmaz işgəncələr tətbiq olunurdu. Sistemli şəkildə döyməkdən əlavə istifadə edilən işgəncə növləri arasında cinsi orqanlara elektrik vermə, məhbusu lüm-lüt buzlu suya soxma, gözləri bağlanmış olan məhbusun üzərinə xüsusi öyrədilmiş itləri qısqırtma, bədənin müxtəlif yerlərində siqaret söndürmə, dırnaqların və möhkəm dişlərin sökülməsi kimi üsullar vardı.
Bəzi məhbusların qızları da həbs olunmuş və bunlara atalarının gözü qarşısında təcavüz edilmiş, sonra da məhbus öz qızı ilə cinsi əlaqəyə girməyə məcbur edilmişdi. Kişi məhbusların cinsi orqanlarının sıxışdırılması da çox istifadə edilən üsullardan biri idi. Bu işgəncələr nəticəsində çox sayda fələstinli məhbusda qalıcı şikəstliklər meydana gəldi. Çoxları cinsi funksiyalarını itirdi, görmə və eşitmə hisslərini və ağıllarını itirənlər oldu. Bu fiziki işgəncələrlə birlikdə psixoloji üsullar da olub. Siyasi məhbuslar qəsdən, İsrail ordusuna çəkmə, kamuflyaj ləvazimatı və s. kimi vəsaitlər emal etmə işlərinə göndərilir, rədd etdikdə isə fiziki işgənclərə məruz qalırdılar.

