Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT-10) çıxarılmışdır və artıq psixi pozuntu sayılmır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksuallıq xəstəlik kimi təsnif edilmir.
Azərbaycanda 2005-ci ildən etibarən yeganə təsnifat kimi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksuallıq həkim tərəfindən psixi pozuntu forması kimi qeydə alına bilməz.
Homoseksuallıq adlı diaqnoz olmadığı üçün həkimlərin bu diaqnoz altında müalicə yazması, yaxud homoseksuallığı aradan qaldıra biləcəyini iddia etməsi qəbul edilməzdir. Eyni zamanda homoseksual insanlarda digər insanlarda da müşahidə olunan müxtəlif psixi pozuntulara (depressiya, şəxsiyyət pozuntuları, psixozlar və s.) rast gəlinə bilər. Bu səbəbdən oriyentasiyasından asılı olmayaraq psixi pozuntulardan əziyyət çəkən hər bir şəxs zəruri yardımı ala bilər.
Son 20 ildə ABŞ, Skandinaviya və Avstraliyada tək yumurta əkizləri üzərində aparılan səkkiz böyük tədqiqatın hamısı eyni nəticəyə işarə edir: “Homoseksuallar homoseksual kimi doğulmayıblar”.
Tək yumurta əkizləri eyni genlərə və eyni DNT-yə malikdirlər. Doğuş öncəsi bərabər şəraitə məruz qalırlar. Buna görə əgər homoseksuallıq genetik səbəblərə, ya da doğuş öncəsi şəraitə bağlı olsaydı, əkizlərdən birinin homoseksual olduğu hallarda, digəri də 100% homoseksual olmalı idi…
I …Aparılan başqa bir araşdırmada isə homoseksual kişilərlə normal kişilər arasında estrogen və ya testosteron səviyyələri baxımından fərq olmadığı məlum olmuşdur. Kolumbiya Universitetindən dr. William Byne və dr. Bruce Parsons da yenə homoseksualizmin genetik olduğu istiqamətindəki iddiaları araşdırmış və Whitehead ilə eyni nəticəyə gəlmişlər. Ümumi psixiatriya arxivlərində tədqiqatlarının nəticələrini yayımlayan Byne və Parsons belə bildirir:
“Hazırda bu biologiya nəzəriyyəsini isbat edəcək heç bir dəlil yoxdur… Cinsi təmayülün mövcud bioloji açıqlamalarının tərcih edilməsi çoxsaylı eksperimental göstəricidən çox, psixi-sosial açıqlamaların mövcud vəziyyətinə duyulan narazılıqdan irəli gəlmiş ola bilər”. (William Byne and Bruce Parsons, “Human Sexual Orientation: The Biologic Theories Reappraised,” Archives of General Psychiatry, cild 50, Mart 1993, səh. 228)
Homoseksuallıq üzərində aparılan digər güclü təbliğat da homoseksualların bu azğınlığı davam etdirməkdən başqa çarələri olmadığı, belə doğulduqları və buna nəzarət etməyin, ya da dəyişdirməyin əllərində olmadığına dair iddiadır.
Bu iddianı araşdıran Kolumbiya Universitetindən psixiatriya professoru prof. dr. Robert Spitzer 200-dən artıq insanla görüşmüş və bu şəxslərin böyük əksəriyyətinin terapiya görüb, psixoloji məsləhət aldıqdan sonra homoseksuallığı tərk edib heteroseksual olaraq həyatlarına davam etmək istəklərini dilə gətirdiklərini bildirmişdir. (Robert L. Spitzer, “Can Some Gay Men and Lesbians Change Their Sexual Orientation?”, Archives of Sexual Behavior, cild 32, No. 5, oktyabr 2003, səh. 403)
Aparılan bütün bu tədqiqatların hamısının gəldiyi nəticə bu olmuşdur: Homoseksuallıq genetik deyil. Homoseksuallığın genetik olduğu iddiası yalnız bu insanların azğın davranışlarını ictimaiyyət gözündə normal göstərmə səyindən ibarətdir. Homoseksuallıq azğınlıqdır və eynilə digər azğın hərəkətlər kimi anadangəlmə deyil. Əxlaqi qüsur şəklində ortaya çıxır. Homoseksuallıq Qurana görə haram əməldir.

