Pisliyin səssiz dili

Şeytanın təsiri altında hərəkət edən insanları və danışdıqları səssiz dili müəyyənləşdirə

Şeytanın təsiri altında hərəkət edən insanları və danışdıqları səssiz dili müəyyənləşdirə bilmək, təkcə imanın insana qazandırdığı ağıl sayəsində mümkün ola bilər. Bu insanları digər insanlardan ayırd edən diqqətçəkən fərq yoxdur. Çünki bu şeytanın təsiri altına düşən bu insanlar, bəzi cərəyanların təsiri altında qalaraq “şeytana tapındığını” (Allahı tənzih edirik) söyləyən, şeytanı simvolizə etdiyini düşündükləri bəzi xüsusi paltarlar geyən insanlar deyil.

Quranda verilən məlumatlar əsasında bu cür insanların davranışlarında şeytanın təsiri ilə hərəkət etdiklərini göstərən bir çox dəlil olduğu görünər. Bunlar insanlardan, şərtlərdən və ya hadisələrdən asılı olaraq dəyişə bilər. Dəyişməyən ortaq yönləri isə, pisliyin səssiz dilini danışanlarda görünən bütün bu xüsusiyyətlərin ifrat dərəcədə mənfi olması və həmin bu insanlarda maddi-mənəvi böyük pozuntulara səbəb olmasıdır.

Şeytanın təsiri ilə meydana gələn və insanları həm yanlış əxlaq anlayışına, həm də bədbəxt həyata sürükləyən gizli pisliklərdən bəzilərini, insanların xarakterini formalaşdıran ən əsas xüsusiyyətlər əsasında belə təsnif edə bilərik:

İnsanların etdiyi pislikləri ört-basdır edə bilmək üçün, günahsızlığın arxasına gizlənmələri şeytanın hiyləli üsullarından biridir. Şeytan, təsiri altına aldığı insanlara etdikləri pislikləri nə cür gizləyəcəkləri məsələsində də yol göstərər.

Günahsızlıq, ümumiyyətlə, insanların gündəlik həyatında tez-tez vurğulamağa çalışdıqları bir xüsusiyyət deyil. Həmişə gözəl davranan, gizli işi olmayan yaxşı insanın hər şeyi açıq və ortadadır. Buna görə də, özünün nə qədər xoşniyyətli və günahsız insan olduğunu sübut etmək üçün xüsusi səy göstərməyə ehtiyac duymaz. Pislik edənlər isə gizli etdikləri pislikləri bildiklərinə görə, həmişə bunun narahatlığı ilə yaşayarlar.

Gizlətdikləri pisliklərin hər an ortaya çıxma təhlükəsi var. Belə ehtimalla qarşılaşdıqları zaman, özlərini təmizə çıxarda bilmək üçün, əvvəlcə xoşniyyətli və günahsız olduqları təəssüratını mümkün qədər çox vurğulayarlar. Eynilə pislikləri ortaya çıxarıldığı zaman da, yenə günahsızlığın ardına sığınaraq qarşı tərəfi yanıltmağa və özlərini qurtarmağa çalışarlar.

Günahsızlıqlarına dair göstərdikləri dəlillərlə, etdikləri pislikləri ört-basdır edib qarşı tərəfin gözündə təmizə çıxmaqla yanaşı, öz vicdanlarını rahatlaşdırmağı da qarşılarına məqsəd qoyarlar. Çünki edilən hər pislik, insanın vicdani sıxıntı çəkməsinə səbəb olar. İnsan pisliyi bunun vicdanına zidd hərəkət olduğunu bilərək edər. Bu vicdan əzabından xilas ola bilmək üçün də, özünü rahatlaşdıracaq, etdiyi pisliyi üzrlü göstərəcək bəhanələr tapmağa çalışar. Halbuki vicdanın bu təzyiqini ortadan qaldıracaq tək həll Qurana uyğun əxlaq göstərməkdir.

Allah Quranda insanlara pislik etdikləri zaman tövbə etmələrini, etdikləri pislikləri saleh əməllər edyərək yaxşılıqlara çevirmələrini bildirmişdir. Bu əxlaq göstərilmədiyi müddətcə insanın etdiyi pisliyi günahsızlıq görünüşü kimi saxta pərdə ilə örtməyə çalışması, insanı başqa pis əmələ sürükləməkdən başqa işə yaramayacaq. Bununla yanaşı, Allahın; “kim izzəti istəyirsə, artıq bütün izzət Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksələr və saleh əməl də onu yüksəldər. Pislikləri təşkil edənlər isə; onlar üçün şiddətli əzab var. Onların təşkil etdikləri “puç olub pozular”” (Fatir surəsi, 10) ayəsiylə, bildirdiyi kimi hər pislik mütləq puç olub pozulacaq.

Şeytanın təlqini ilə hərəkət edən insanlar da, eynilə onun kimi özlərini günahsız tanıda bilmək üçün, xüsusi üsullar tapar və qarşılarındakı insanlara təsir edə biləcəyini düşündükləri bəzi üslub, davranış və danışıq tərzinə yiyələnərlər.