Pis əməlləri örtmənin sirri

Möminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaqdır

Möminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaqdır. Ancaq, insan zəif və unutqan yaradılmışdır; bu səbəblə bir çox səhvi və ya nöqsanı ola bilər. Qullarını ən yaxşı bilən, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah, səmimi qullarının pis əməllərini örtəcəyini və onları cənnətə daxil edəcəyini bildirmişdir.

Allah bir ayədə “Sizə qadağan edilən böyük günahlardan qaçsanız, sizin qüsurlarınızı örtərik və sizi “şərəfli-üstün” bir mövqeyə daxil edərik”. (Nisa surəsi, 31) deyə bildirir. Bunu bilən möminlər Allahın çəkdiyi sərhədlərə çox diqqət yetirər, bunların xaricinə çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir səhvləri olsa, dərhal Allaha yönələr və tövbə edərək, Ondan bağışlanma diləyərlər.

Ayələrdən də aydın olduğu kimi, bir insanın qüsurlarının örtülməsi və din günündə peşman olmaması üçün ediləcək şeylərdən biri, günaha girməkdən şiddətlə uzaq olmasıdır. Günaha girən bir möminin isə edəcəyi dərhal Allaha qətiyyətli tövbə ilə tövbə etməkdir.

Bir insanın, yalnız Allahın rizasını qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə taleyi xatırlatması, dedi-qodu edənə maneə olması, evini və bədənini təmiz saxlaması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinə qulluq etməsi, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın məmnuniyyəti üçün edildiyində saleh əməl olar.