Dalğıc suyun səthinə qalxmağa başladıqda bir çox xoşagəlməz təsirlərə yol aça bilər. Təzyiqin anidən düşməsi və artan azot miqdarı nəticəsində oynaq ağrıları, nəfəs çatışmazlığı və hətta iflic ola bilər.
Pinqvinlər isə dalış əsnasında davamlı olaraq qanad çırpırlar. Geriyə - yuxarıya qalxdıqda isə yarı məsafəyə çatanda qanad çırpmağı dayandırır və bədənlərinin batmama xüsusiyyətlərindən istifadə edərək yüksəlirlər. Ancaq şaquli vəziyyətdə yüksəlmək yerinə maili üzərək suyun səthinə yaxınlaşırlar. Beləliklə, suyun səthinə çıxma müddətini lazımi qədər artırırlar. Bu müddət qanlarına qarışmış azotun azalan təzyiqlə birlikdə bədən boşluqlarına geri dönməsi üçün kifayət edir.
Pinqvinlər öz fiziki quruluşları haqqında heç bir məlumata sahib deyillər. Bu davranışın üstün ağıl sahibi olan uca Allah tərəfindən pinqivinə ilham edildiyi açıqdır.
Sonsuz ağıl sahibi Rəbbimiz pinqvini mükəmməl dalğıc olaraq yaratmışdır. Yer üzündəki bütün canlılar Onun nəzarəti altındadır. Allah bir Quran ayəsində belə buyurur:
Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zümər surəsi, 62)

