Peyğəmbərlərin Allaha verdikləri qəti söz

Bəzi insanlar peyğəmbərlərin ona yardım edəcəyinə dair söz verdikləri şəxsin Peyğəmbərimiz (s)

Bəzi insanlar peyğəmbərlərin ona yardım edəcəyinə dair söz verdikləri şəxsin Peyğəmbərimiz (s) olduğunu iddia edirlər. Yuxarıdakı ayədə isə Peyğəmbərimizin (s) də hz. Mehdiyə (ə.s) yardımçı olacağına söz verdiyi bildirilir. Buna görə də həmin iddia tamamilə əsassızdır.

Bəs Peyğəmbərimiz (s) bu yardımı necə edib? Hz. Məhəmmədə (s) Cəbrayıl vasitəsilə vəhy gəlmiş, bunun sayəsində də hz. Mehdinin (ə.s) nə vaxt, hara, necə gələcəyini, fəaliyyətlərinə harada və hansı şəkildə başlayacağını öyrənmişdir. Həmçinin, başına nə gələcəyi, yaşadığı dövrdə hansı hadisələrin baş verəcəyi haqqında xəbər tutmuşdur. Peyğəmbərimiz (s) hz. Mehdinin (ə.s) bütün fiziki xüsusiyyətlərini də ən kiçik təfərrüatına qədər görmüş və yadda saxlamışdır. Ayədə hz. Məhəmmədə (s) gələn bu vəhyin ağır məsuliyyət olduğu bildirilir. Buna görə də Peyğəmbərimiz (s) Cəbrayıldan öyrəndiyi bilgiləri müsəlmanlara çatdırmışdır. Çox əhəmiyyətli olan bu məlumatlar vəhy katibləri, əhli-beyt, eləcə də səhabələr dövründə yaşayan müsəlmanlar vasitəsilə həm yazılı, həm də şifahi formada dövrümüzə qədər gəlib çatmışdır. Bunun sayəsində də Axırzaman müsəlmanları hz. Mehdi (ə.s) haqqında bir çox bilgilər əldə etmişlər.

(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötürü şiddətli bir əzab hazırlasın! (Əhzab surəsi, 8)

Ayədə peyğəmbərlərin Allaha verdikləri əhddən sorğu-sual olunacaqları bildirilir. Bütün peyğəmbərlər Allaha verdikləri sözə sədaqət göstərərək hz. Mehdiyə (ə.s) yardım etmişlər. Məsələn, Peyğəmbərimiz (s) bu mövzunu ayə və hədislərlə ən gözəl tərzdə izah etmişdir. Bunun sayəsində də həm hz. Mehdiyə (ə.s), həm də Axırzamanda yaşayan müsəlmanlara yol göstərmişdir…

I … Hz. İsa (ə.s), hz. Musa (ə.s), hz. Nuh (ə.s) və hz. İbrahim (ə.s) də hz. Mehdiyə (ə.s) yardım edəcəklərinə dair Allaha söz vermişlər. Hz. İsa (ə.s) İncildəki Axırzaman əlamətlərini həm həvarilərinə, həm də bütün inananlara izah etmişdir. Hədislərdə isə hz. İsanın (ə.s) bu əsrdə Allahın izni ilə yenidən zahir olacağı və hz. Mehdiyə (ə.s) yardım edəcəyi bildirilir.

Mehdi olmaq üçün Allaha üç dəfə dua edən hz. Musa (ə.s) da öz qövmünə Moşiyahdan (hz. Mehdi (ə.s)) bəhs edərək onun dünya hakimiyyətinin necə olacağını ən kiçik təfərrüatına qədər təsvir etmişdir. Üstəlik, müqəddəs əmanətləri Müqəddəs Sandıqda gizlədərək onları əsl sahibinə, hz. Mehdiyə (ə.s) çatdırmaq üçün bütün lazımi tədbirləri görmüşdür.

Hz. Nuh (ə.s), hz. İbrahim (ə.s) və digər bütün peyğəmbərlər də öz qövmlərinə hz. Mehdidən (ə.s) şövqlə bəhs etmişlər. Hətta hz. İbrahim (ə.s) tez-tez dünya hakimiyyəti haqqında danışırdı. Çünki hz. Mehdinin (ə.s) gözəl əxlaqla və Quranın nuru ilə dünyaya hakim olacağını bilirdi.

Bir çox hədislərdə hz. Mehdini (ə.s) bəsirət gözü ilə görüb ona tabe olan gənclərdən bəhs edilir. Onun tələbələri bu mübarək şəxsə dərin sevgi bəsləyəcək və səmimi qəlbdən bağlanacaqlar. Heç bir təzyiq və məcburiyyətlər onları hz. Mehdinin (ə.s) yanından ayıra bilməyəcək. Allaha və Qurana iman gətirən bu gənclər küfrün və münafiqlərin hücumlarına baxmayaraq, var gücləri ilə hz. Mehdinin (ə.s) yanında ideoloji mübarizə aparacaqlar. Çünki hz. Mehdinin (ə.s) tələbələri də ona yardım edəcəklərinə dair zərr aləmində Allaha söz vermişlər. Buna görə də hər zaman şövqlü, sədaqətli, fədakar və vəfalıdırlar.