Peyğəmbərlər kimi son dərəcə gözəl əxlaqlı, ağıllı, hər cəhətdən çox üstün və qiymətli olan insanların əleyhinə tələlər quran inkaçıların ümumi ruh halı, əlbəttə olduqca pozğundur. Belə ki, rəsullara tələ quranların rahat şəkildə cinayət işləyə biləcək xarakterdə olduqlarını Quranda verilən nümunələrdən başa düşməyimiz mümkündür. Məsələn, hz. Yusifi qısqandıqlarına görə, kiçik yaşda onu şəhid etmə planları quraraq tələ hazırlayan qardaşları Quranda belə xəbər verilmişdir:
(Qardaşları öz aralarında belə dedilər:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız”. (Yusif surəsi, 9)
