Naim buyurdu ki: Mən Mehdini Peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə taparam: “Mehdinin əməlində nə zülm, nə də ayıb yoxdur.” (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 21)
Peyğəmbərlərə dair olan kitablarda, “Mehdinin işi zülm və pislik deyil” şəklində işarə edilmişdir. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 49)
İbni Münavi deyir ki: “Danyal (ə.s)-ın kitabında belə yazılıdır. “Süfyanlar 3 ədəddir, Mehdilər də 3-dür. 1-ci Süfyan çıxıb adı sanı yayıldığında ona qarşı 1-ci Mehdi, 2-ci Süfyana qarşı 2-ci Mehdi, 3-cü Süfyana qarşı da Hz. Məhəmməd Mehdi çıxacaq və Allahı Təala daha əvvəl fəsada uğrayanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq, bidət atəşləri də onunla sönəcək. Onun zamanında insanlar əziz olacaq və öz müxaliflərinə qalib gələcəklərdir. Gözəl bir həyat sürüləcək, yer və göy bərəkətini artıracaq, bu vəziyyət 7 il davam etdikdən sonra Mehdi vəfat edəcək. (Bu hədis Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman adlı kitabın Süleymaniyə kitabxanasında olan əl yazılı bir nüsxəsində mövcuddur.)
Peyğəmbərimiz (s.ə.v)-in səhabələrinin Tövrat və İncildə müjdələnilmələri kimi, hz. Mehdi də digər peyğəmbərlərə endirilmiş kitablarda müjdələnilir; bu kitablarda hz. Mehdidən tərifləyərək bəhs edilir.

