İslam gözəllik, sevgi, qardaşlıq, sülh, nəzakət, mərhəmət, bağışlayıcılıq dinidir. Bir insanın gözəl şəkildə xəyal etdiyi nə varsa, hər şey İslamda cəmləşib. Bütün bunların yaşanması üçün dini Allahın bizdən istədiyi kimi yaşamalıyıq. Bu da sadəcə Qurana tabe olmaqla mümkündür.
Allah müsəlmanlara Qurandan məsul olacaqlarını bildirmişdir:
Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız. (Zuxruf surəsi, 44)
Yer üzündə zülmlərin bitməsini istəyən, müsəlmanların layiq olduqları şəkildə yaşamalarını tələb edən, Peyğəmbərimizin yolu ilə gedən hər bir insan kimlərinsə fikirlərinə görə deyil, Allahın Quranda əmr etdiklərinə görə yaşamalıdır.
Peyğəmbərimiz ümməti barəsində tək şikayəti Quranı tərk etmiş olmaları idi:
Elçi dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”. (Furqan surəsi, 30)
Bu gün İslam aləmi şiddətlər yaşayırsa, müsəlmanlara bir çox yerdə dəyər verilmirsə, İslam dünyasında kasıblıq və yoxsulluq geniş yayılıbsa, müsəlmanlar başqalarını günahlandırmağa başlamazdan əvvəl “Görəsən, harada səhv edirik?” deyə düşünməlidirlər. Bu sualın isə Peyğəmbərimizin söylədiyi kimi yeganə cavabı var: QURANDAN UZAQLAŞMAQ.
Gəlin birlikdə dəccaliyyətin müsəlmanlara qarşı oynadığı oyununu pozaq. Birlik olub Allahın endirdiyi nur kimi tərtəmiz Kitabımızdan möhkəm yapışaq, Allahın bizdən istədiyi kimi gözəl əxlaq göstərək, çalışqan, diqqətli, bağışlayıcı, təvazökar, sevgi dolu, əzimli və qərarlı olaq. Gəlin birlikdə şiddətin deyil, sevgi ruhunu hakim qılıb İslamın dünyanı aydınlatmasına vəsilə olaq. Birlikdə müharibələri, qarşıdurmaları, anlaşılmazlıqları ortadan qaldıraq, qardaş olaq, dost olaq və Peyğəmbərimizin bu dövrün möminlərinə müjdəsi olan hz. Mehdi üçün ən gözəl mühiti hazırlayaq.

