Peyğəmbərimizin (S) xanımlarına yönələn ayələr

Peyğəmbərimizin xanımlarına aid ayələr

Bunu mütləq vurğulamaq lazımdır: Quranda Peyğəmbərimizin (s) xanımlarına dair endirilən ayələr mövcuddur. Peyğəmbərimizin yaşadığı dövrdə fitnənin və ehtimal olunan yanlış anlaşılmaların qarşısını almaq üçün Allah Peyğəmbərimizin xanımlarını digər qadınlardan ayrı tutmuşdur. Quranda bu barədə belə buyurulur:

“Ey peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (Əhzab surəsi, 32-33)

Yuxarıdakı ayələrdə Peyğəmbərimizin (s) xanımları həyat tərzi, danışıq və geyim şəkli kimi məsələlərdə ayrı vəzifələrə sahibdir. Quran ayələrini şərh edənlər bəzən bu ayələrin bütün müsəlman qadınlara xitab etdiyini qeyd edirlər. Halbuki həmin ayələr bütün müsəlman qadınlara deyil, yalnız Peyğəmbərimizin (s) xanımlarına aiddir.

blank