Peyğəmbərimizin təbliğ məktubları

Hz. Məhəmmədin müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin valilərinə yazdığı təbliğ

Hz. Məhəmmədin müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin valilərinə yazdığı təbliğ məktublarından bəzilərinin əsli dövrümüzə qədər qorunub. Hökmdarların və xalqların ən gözəl və hikmətlə haqq dini yaşamağa dəvət edildiyi bu məktublar Peyğəmbərin üstün əxlaqının, bağışlayıcılığının, anlayışının və təbliğ üslubunun nümunələridir.

Uca Allahın Qurani-Kərimdə aləmlərə rəhmət olduğunu bildirdiyi Peyğəmbərimiz ona bu şərəfli vəzifə vəhy edilən andan ölümünə qədər Rəbbimizin dinini təbliğ edib. Hz. Məhəmmədin təbliğ üsullarından ən təsirlisi isə sözsüz ki, hökmdarlara göndərdiyi məktublar olub. Bu məktublardakı hikmət, təsirli və mülayim üslub çox insanın haqq din olan İslamı tanıyıb qəbul etmələrinə vəsilə olub. Şübhəsiz ki, Peyğəmbərimizin təbliğindəki bu hikmətli üslub bütün müsəlmanlar üçün nümunədir.

Hz. Məhəmməd göndərdiyi məktublarda dövlətlərin liderlərinə, ən əsas da Uca Allahın tək İlah olduğunu və şəriksiz olduğunu təbliğ edib. Bununla yanaşı, Peyğəmbərimiz məktublarında barışdırıcı, haqqa dəvət edən və Allahın mühafizəsində olduğunu bildirib.

Məktub göndərdiyi hər hökmdarı İslama dəvət edən Peyğəmbərimiz əgər müsəlman olsalar və digər cəmiyyətlərə də bunu aşılasalar, Allah Qatında savablarının çox böyük olacağı ilə müjdə verib. Həmçinin, itaət edib təbliği qəbul etsələr, iqtidarlarını qoruyacaqlarını, qəbul etməsələr də, lider olduqları cəmiyyətin məsuliyyətini daşıyacaqlarını və dünyada da iqtidarlarının qalmayacağını vurğulayıb.

Mübarək Peyğəmbərimiz xristianlara yazdığı təbliğ məktublarında həmişə Quran ayələrini çatdırıb, Quranda Allahın əmr etdiyi, Kitab əhlinə qarşı göstərməli olduğu münasibəti göstərib. Rəbbimiz Quranda müsəlmanların Kitab əhli ilə aralarındakı münasibəti belə bildirir:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)

Həbəşistan Nəcaşisinə göndərilən məktub…

Hz. Məhəmmədin Həbəşistan kralı Aşamaya xitabən yazdığı məktub müsəlmanların xristianlara qarşı münasibətini göstərməsi baxımından çox vacibdir. Aşama Hz. Məhəmmədin məktubunun və müsəlman elçilərlə danışıqlardan sonra ölkəsinə sığınan müsəlmanları qoruyub. Peyğəmbərimiz məktubda belə buyurur:

“Rəhman və Rəhim olan Allahın adı ilə, Allah Rəsulu Məhəmməddən Həbəş Nəcaşisi Aşamaya: Özündən başqa İlah olmayan həqiqi hökmdar, müqəddəs, Salam, qoruyucu, xilaskar olan Allahın tərifini sənə çatdırıram. Təsdiq edib, şəhadət edirəm ki, Məryəm oğlu İsa Allahın ruhu və kəlməsidir. Özünə toxunulmayan Məryəmə nəsib olub. Beləcə, Məryəm İsaya hamilə qalıb, Allah da ruh və nəfəsindən olan Adəmi necə yaratmışdısa, onu da elə yaratmışdı. Səni tək olan və bənzərsiz Allaha dəvət edirəm. Allaha itaət üçün bir-birinizə köməyə dəvət edirəm. Mənim yolumu izlə, mənə uy və mənə gələnə iman gətir. Mütləq ki, mən Allahın Rəsuluyam. Bu səbəbdən, səni və ətrafında olan əskərlərini Allaha iman gətirməyə dəvət edirəm. Nəsihət və sözlərim sizə çatanda ona tabe olmağınızı tövsiyə edirəm. Əmim tərəfindən qohumum olan Cəfəri yanında az sayda müsəlman qrupla birlikdə sənə doğru yola çıxıram. Salam olsun hidayət yolunda olanlara.”

Peyğəmbərimizin Misirdə Mukavkisa göndərdiyi məktub…

“Rəhman və Rəhim olan Allahın adı ilə, Allahın qulu və Rəsulu Məhəmməddən Qibtilərin böyüyü Müqavisə: Allahın salamı hidayət yolunda olanların üzərinə olsun. Buna görə mən səni İslama uyğun şəkildə dəvət edirəm. İslama gəl. Axırda təhlükəsizlik və salamatlığa qovuşursan. Bunun əvəzində Allah sənə iki dəfə savab qazandıracaq. Əgər bundan üz çevirsən, bütün Qibtilərin günahı sənin üzərinə olacaq.”

Bizans imperatoru Herakla göndərilən məktub…

Hz. Məhəmmədin Bizans imperatoru Herakla göndərdiyi məktub da Kitab əhlinə ediləcək dəvətdə Qurandan ayələrin istifadə edilməsinin vacib olduğunu göstərən hikmətli nümunədir. Peyğəmbərimiz məktubunda yuxarıda qeyd etdiyimiz Ali-İmran surəsinin 64-cü ayəsini yazaraq təbliğ edib.

“Rəhman və Rəhim olan Allahın adı ilə, Allahın qulu və elçisi Məhəmməddən Bizansın böyük rəisi Herakla: Salam həqiqət yolunu izləyənə olsun! Əlavə edim ki, səni bütöv olan İslama dəvət edirəm. İslamı qəbul et ki, nicat tapasan. İslamı qəbul et ki, Allah dəyərini iki qat artırsın. Amma əgər etməsən, təbəənin günahı sənin üzərinə yüklənəcək. Siz ey mübarək kitabın insanları (ey Kitab əhli!) sizinlə bizim aramızda eyni olan bir sözə doğru gəlin ki, biz ancaq Allaha sitayiş edirik, Ona heç bir şeyi şərik qoşmuruq və aramızda heç kim bir-birini Allahdan savayı Rəbb kimi qəbul etməz.”

İran İmperatoru Kisraya göndərilən məktub…

Hz. Məhəmməd müşriklərin liderlərinə göndərdiyi məktublarda onlara sonsuz elm sahibi Allahın tək İlah olduğunu və özünün də Onun elçisi olduğunu təbliğ edib. Kitab əhli olan cəmiyyətlərin əksinə müşriklərə göndərilən bu məktublarda Uca Allahın varlığı və təkliyi əsas mövzu kimi vurğulanıb.

“Rəhman və Rəhim olan Allahın adı ilə, Allah Rəsulu Məhəmməddən iranlıların böyüyü Kisraya: Salam həqiqət yolunu izləyib Allaha və Rəsuluna iman gətirənlərin və Allahdan başqa İlah olmadığına, Onun tək və şəriksiz olduğuna və Məhəmmədin Onun qulu və Rəsulu olduğuna şahidlik edənlərə olsun! Səni İslamı qəbul etməyə dəvət edirəm. Çünki mən Allahın canlı olan hər kəsə xatırlatmaq və İlahi kəlmənin kafirlərə qarşı hökmünü tamamlaması üçün bütün insanlara göndərdiyi elçisiyəm. İndi İslama təslim ol və nicat tap. Lakin əgər inkar etsən, onda Məcusilərin günahları sənin boynunda qalacaq.”

Uman məlikləri Ceyfər və Abdə göndərilən məktub.

“Rəhman və Rəhim olan Allahın adı ilə, Allah rəsulu Məhəmməddən Culandanın iki oğlu Ceyfər və Abdə: “Salam həqiqət yoluna tabe olanlara olsun! Sizin ikinizi də İslama dəvət edirəm. İslama tabe olun və xilas olun. Çünki mən Allahın bütün canlılara xatırlatmaq üçün və vədini kafirlər üzərində tamamlamağı üçün bütün bəşəriyyətə göndərdiyi elçisiyəm. İndi əgər ikiniz də İslamı tanısanız, hər ikinizə iqtidar verəcəyəm. Amma İslamı qəbul etməsəniz, ikinizin də krallığı yox olacaq, süvarilərim ölkənizdə düşərgə quracaq və peyğəmbərlik vəsfim krallığınıza qalib gələcək.”

Əl Əhsə Əl-Münzirə göndərilən məktub…

“Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın Rəsulu Məhəmməddən Əl-Münzir ibn Savaya! Salam üzərinizə olsun. Səni Özündən başqa heç bir İlah olmayan tək Allaha həmd etməyə dəvət edirəm və elan edirəm ki, Ondan başqa heç bir ilah yoxdur və Məhəmməd Onun qulu və Rəsuludur. Sənə qadiri-mütləq və şanı uca Allahı xatırladım, çünki kim yaxşı nəsihəti dinləsə, bu öz yaxşılığı üçündür və kim mənim elçilərimə itaət etsə və əmrlərinə tabe olsa, məhz Mənə itaət etmiş olur. Həmçinin, kim onlar haqqında yaxşı düşünsə, Mənim haqqımda da yaxşı düşünmüş olur. Şübhəsiz ki, Mənim elçilərim səni tərifləyiblər. Mən də sənin tövbəni qəbul edirəm. İndi müsəlman olmazdan əvvəl sahib olduğu şeyləri müsəlmanlarda saxla. Mən bu günahkarları əfv edirəm. İndi sən də onların peşmançılıqlarını qəbul et. Biz isə yaxşı davrandığın müddətcə səni vəzifədən uzaqlaşdırmayacağıq. Əksinə, kim musəvilik və məcusilikdə israr etsə, cizyə ödəyəcək.”

Bu məktublar müsəlmanların Kitab əhli və digər müşrik və inkarçılar ilə münasibətlərində necə hərəkət edəcəklərini görmələri üçün hal-hazırda çox dəyərli təbliğ misalıdır. Dinsizliyə qarşı mübarizə aparmalı olan müsəlmanların və Kitab əhlinin birləşdirilməsi üçün də bir metoddur. Bu birlik hz. İsanın yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz bu günlərdə dünyanı aydınlığa və rahatlığa qovuşduran ən vacib vəsilələrdən biri olacaq.