Peyğəmbərimiz xalqına Allahın dinini təbliğ edib, onları səhvləri ilə bağlı xəbərdar etdikdə xalqının böyük əksəriyyəti bu gözəl çağırışa qarşı vəhşiliklə cavab verdi. Allah tərəfindən peyğəmbərliklə şərəfləndirildikdən sonra keçən iyirmi il ərzində Peyğəmbərimiz və səhabələr dəfələrlə zorakılığa, işğəncəyə məruz qaldı, bəziləri şəhid edildi. Bir tərəfdən də münafiqlər və onların hiyləgər oyunları ilə mübarizə aparan Peyğəmbərimiz nə olursa olsun, Allaha tam təvəkkül etdi və Onun yaratdığı qədərin mükəmməlliyinə təslim oldu.
Məkkəyə illər sonra İslam cəmiyyətinin və ordusunun lideri və aləmlərə rəhmət İslam Peyğəmbəri olaraq qayıtdıqda məkkəli müşriklərin qorxularının əksinə, heç bir intiqam almamış, qan tökmədən şəhəri sülhlə təslim almışdı. Halbuki məkkəli müşriklər illər boyu müsəlmanlara mənfurcasına hücum etmiş, bir çox müsəlmanı şəhid etmiş, bir çoxuna işgəncə vermişdi. Buna görə də Peyğəmbərimizin intiqam alacağından qorxurdular. Ancaq gözəl Peyğəmbərimiz bütün cinayətkarları bağışladı və intiqam almadı.
