Peyğəmbərimizin (S) qadınları tərifləyən sözləri

Bir qadının İslamdakı dəyərini anlamağımız üçün bizim rəhbərimiz Qurandır

Bir qadının İslamdakı dəyərini anlamağımız üçün bizim rəhbərimiz Qurandır. Peyğəmbərimiz (s) yalnız Quranın tətbiqçisi olduğuna görə Qurana uyğun əməllərindən bəhs edən hədislərin doğru olduğundan əminik. Belə ki, həmin səhih hədislər qadınlara qarşı qorxunc fikirlər əks etdirən və Qurandan tamamilə uzaq olan saxta hədislərlə zidd mənalar kəsb edir. Qurana uyğun gəldiyi üçün tam səhih olduğu ehtimal olunan hədislərdən bəziləri belədir:

“Dünyanızdan mənə üç şey sevdirildi: gözəl qoxu, salehə qadın, gözümün nuru namaz.” (Nəsai, İşrətül-Nisa 1, (7,61))

“Qadınlara ancaq ləyaqətli və şərəfli adamlar dəyər verər. Onları ancaq pis və alçaq adamlar xor görər…” (İbn Əsakir)

“Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı davrananlarınızdır.” (İbn Əsakir)

“Xanımlarınızı üzməyin. Onlar Allah-Taalanın sizə əmanətidir. Onlara xoş davranın yaxşılıq edin!” (Müslim)

“Xanımı ilə yaxşı keçinib zarafat edəni Allah sevər, ruzisini artırar.” (İ. Lal)

“Ən üstün mömin xanımına qarşı ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı kimsədir.” (Tirmizi)

“Ən yaxşı müsəlman xanımına qarşı ən yaxşı davranandır. Aranızda xanımına ən yaxşı davranan mənəm.” (Nəsai)

“Xanımına gülər üzlə baxan kişinin dəftərinə bir kölə azad etmiş savabı yazılar.” (R. Nasihin)

“Xanımını döyən Allaha və Rəsuluna asi olar. Qiyamətdə o adama qarşı çıxaram.” (R. Nasihin)