Peyğəmbərimizin möcüzəsi: Reallaşan axırzaman əlamətləri

Mübarək Peyğəmbərimizin 1400 il bundan əvvəl xəbər verdiyi hadisələrin reallaşması, Allahın Peyğəmbərimizə lütf etdiyi möcüzədir. Eynilə Peyğəmbərimizin söylədiyi kimi hicri 1400-cü ilin başlaması ilə Fəratın suyu kəsilmiş, İran-İraq müharibəsi baş vermiş, Kəbədə qanlı hücum olmuş, Ramazan ayında 15 gün ara ilə ay və günəş tutulmaları yaşanmış, Əfqanıstan və İraq işğal edilmiş, Bağdad alova bürünmüş, Halley quyruqlu ulduzu çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması ilə şərqdən bir atəş görünmüş, 11 sentyabrda əkiz qüllələrə hücum edilməsilə tozlu və qaranlıq fitnə zühur etmiş, Şam və Misir məlikləri öldürülmüş, Azərbaycan işğal edilmiş, iki quyruqlu, digər ulduzlara əks istiqamətdə hərəkət edən, çox parlaq olan Lulin quyruqlu ulduzu görülmüş və bunlar kimi daha yüzlərlə əlamət reallaşmışdır.