Peyğəmbərimizin gözəl əxlaqını dərk etmək

Peyğəmbərimiz 1400 il əvvəl dünyaya gəldikdə Ərəbistan yarımadasında barbarlıq və vəhşilik hökm sürürdü. Heç bir qanun və ya sistemin olmadığı, qadınların alçaldıldığı bu region bir neçə on il ərzində qeyri-adi bir dəyişikliyə şahid oldu. Qısa müddət ərzində möhtəşəm sivilizasiya sürətlə inkişaf edərək görünməmiş sevgi, əmin-amanlıq, bərabərlik, nizam və qadınlara hörmət anlayışını da özü ilə gətirdi. Bütün bu gözəlliklər uca Allahın hz. Muhammədi vəsilə etməsi ilə baş verdi.