Quranda Peyğəmbərimizin gecələr dua üçün qalxdığı bildirilir.
Allahın qulu (Məhəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar. De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”. (Cin surəsi, 19-20)
Quranda bir çox ayədə Peyğəmbərimizin dualarından bəhs edilir. Peyğəmbərimiz dualarında Allahı adları ilə zikr edərək Onu ucaltmışdır. Peyğəmbərimizin Quranda bildirilən dualarından biri belədir:
“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən” (Ali İmran surəsi, 26)
Peyğəmbərimiz də bütün digər peyğəmbərlərdə olduğu düşmənlərinin təhdidi və təzyiqi ilə qarşılaşmışdır. Onların bu təzyiqlərinə qarşı səbir göstərən Peyğəmbərimizə şeytanın mənfi təlqinlərinə və mənəvi hücumlarına qarşı Allahdan belə kömək istəməsi əmr edilmişdir:
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram!” (Muminun surəsi, 97-98)
Peyğəmbərimizə dualarında Allahdan bağışlanma diləməsi və Rəbbimizin mərhəmətini zikr etməsi belə əmr edilmişdir:
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun surəsi, 118)
Rəvayətlərdə isə Peyğəmbərimizin Allaha gözəl əxlaq və yaxşı xasiyyət verməsi üçün necə dua etdiyi ifadə edilir:
“Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni əxlaqın pisliklərindən uzaqlaşdır.”
Allahın, De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?”…. (Furqan surəsi, 77) ayəsi ilə də bildirdiyi kimi, dua möminlər üçün çox əhəmiyyətli bir ibadətdir. İnsan acizlik içində, Allah istəməsə heç bir şeyə güc çatdıra bilməyəcəyini bilərək, ümid edərək və qorxub çəkinərək, hər mövzuda Allaha üz tutmalı, hər şey üçün Ona dua etməlidir. Peyğəmbərimizin və Quranda duaları zikr edilən digər peyğəmbərlərimizin duaları möminlər üçün ən gözəl nümunələrdir.
Onlar dualarında həm Allaha necə təslim olduqlarını, Allahı tək dost və köməkçi olaraq gördüklərini göstərmişlər, həm də Rəbbimizi ən gözəl adları ilə ucaltmışlar. Peyğəmbərlərimizin dualarında xüsusi vaxt nəzərdə tutmadan, hər an dua etdikləri və çətinlikdə qalanda dərhal Rəbbimizə yönəldikləri görülür.
Rəhman və Rəhim olan Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Rəhman və Rəhim olana, Din (axirət) gününün sahibinə! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox! (Fatihə surəsi, 1-7)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir. (Ali İmran surəsi, 19)
Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. Səni istədiyi şəkildə yaratdı. (İnfitar surəsi, 6-8)

