Həm anasını, həm atasını kiçik yaşlarında itirən Peyğəmbərimiz diqqətləri üzərinə çəkən mükəmməl gənc olaraq yetişdi. Belə ki, bu gözəl adı yayıldıqca, Peyğəmbərimizin yaşadığı cəmiyyət onu “Muhammədül Əmin (etibarlı)” adlandırmağa başladı. İllər keçdikcə əxlaqı daha da kamilləşən Peyğəmbərimiz qız uşaqlarının diri-diri basdırıldığı cəmiyyətə sevginin, şəfqətin, mərhəmətin və hörmətin həqiqi mənasını öyrətdi. Mərdliyi və cəsurluğu ilə dünyaya örnək olan Peyğəmbərimiz zalımlığı ilə məşhur olan köklü sistemə qorxmadan meydan oxudu və onları haqq yola çağırdı. Gözəl həyatının son anlarına qədər böyük şövq və qətiyyətlə insanları Allahın yoluna dəvət etdi. Allah bu gözəl səyi qarşılığında ona böyük uğur bəxş etdi və İslam mədəniyyəti qarşısıalınmaz günəş kimi parıldadı.
Peyğəmbərimizin çox üstün əxlaqı
