Peyğəmbərimiz qadınlara layiq olduqları hörməti göstərməyi öyrətdi

Onun üçün qadınlar hər zaman ən yüksək hörmət və sevgiyə layiq idilər. Qadınlara qarşı o qədər sevgi dolu idi ki, nə vaxt qızı hz. Fatimə gəlsə, ayağa qalxar, onu alnından öpər və yanında əyləşdirərdi. Özünü ziyarətə gələn xanımlara iltifat edər, hətta bəzən cübbəsini çıxarar, üstünə oturmaları üçün yerə sərərdi. Bir dəfə xanım və uşaqlara işarə edərək demişdi: “Allah şahidim olsun ki, siz mənə insanların ən sevimlisisiniz.” (Buxari, 8/114. Müslüm, 7/174) Çox zarafatcıl və gülər üzlü olan Peyğəmbərimiz zövcələri ilə də hər zaman zarafatlaşırdı. Məsələn, hz. Aişə ilə bir-birinə su ataraq oynayır, bəzən də qaçış üzrə yarış edərdi. Bir səhabənin dediyinə görə isə hz. Safiyənin dəvəyə rahat minməsi üçün diz üstə oturmuş və onun dəvəyə çıxmasına kömək etmişdi. Səhabələrinə hər zaman həyat yoldaşlarına və ümumiyyətlə, bütün xanımlara çox hörmətli və nəzakətli davranmağı məsləhət görmüşdü.