Onun komandirləri insanların ən xeyirliləridir. Onun köməkçiləri Yəmən və Şam əhlindən olacaq. Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaq. Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın, yanlarında heç bir kişi olmadan rahatlıqla həccə gedəcəklər. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntəzər, səh. 47)
Allah onu 3 ibn mələklə dəstəkləyəcək. (Əl Kavlu-l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, Əhməd İbni Həcəri Mekki, səh. 41)
Hədisi şərifdə, hz. Mehdinin köməkçiləri arasında Cəbrayıl və Mikayıl əleyhissalamın da olduqları xəbər verilir. Hz. Mehdiyə, Allahın icazəsiylə, mələklər kömək edəcəklər.
Mələklərin saleh möminlərə kömək etməsi Quranın müxtəlif ayələrində xəbər verilən bir vəziyyətdir. Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v) və səhabəni də mələklərlə dəstəkləmişdir. Mövzuyla əlaqədar bəzi ayələr bu şəkildədir:
Rəbbin mələklərə vəhy etmişdi ki: “Şübhəsiz Mən sizinləyəm, iman edənlərə möhkəmlik qatın…” (Ənfal surəsi, 12)
O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç ibn mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” (Ali İmran surəsi, 124)

