Geridə qalan 20-ci əsr “Müharibələr əsri” olaraq xatırlanır. Yaşadığımız 21-ci əsrdə yenə döyüşlər və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın dörd bir tərəfində davam edir. Dövrümüzdə heç bir ölkə terror hücumlarından sığortalanmamışdır. Avropadan Amerikaya, Asiyadan Afrikaya qədər dünyanın dörd bir tərəfində terrorist bombalamalar, təxribatlar, təyyarə qaçırmaları, girov götürmələr, daxili çaxnaşmalar, günahsız və mülki şəxsləri hədəf alan terrorist hücumlar, gündəlik həyatda qarşılaşılan fərdi şiddət hadisələri də böyük bir sürətlə davam edir.
Terrorizm, bütün dünyanı dağıdır, insanların həyatlarına çox mənfi təsirlər meydana gətirir. Peyğəmbərimiz (s.ə.v), hədislərində Axırzamanda yaşanacaq bu mühiti belə təsvir edir:
…Nəhayət bəlalar, fitnələr və xoşlanmayacağınız bir çox pis işlər isabət edəcək. Ard-arda elə fitnələr gəlir ki, sonra gələn getdikcə daha böyük olduğu üçün əvvəl gələni incə və yüngül görər. (İmam Şarani, Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 394-395, nömrə 733)
Ancaq yenə Peyğəmbərimiz (s.ə.v)-in müjdələrinə görə, bu qorxu və şiddət dolu qaranlıq dövrün ardından Allah, hz. Mehdi vəsiləsiylə bütün insanlığı böyük qurtuluşa çatdıracaq. Yer üzündəki bütün fitnələr, döyüşlər, qırğınlar, terror, şiddət və anarxiya hərəkətləri sona çatacaq; yerini aydınlıq, sülh və hüzur dolu bir dövrə buraxacaq. Hədislərdə hz. Mehdinin “fitnələri önləyəcəyi” belə bildirilir:
Fitnələri önləmənin ona çətin gəlməyəcəyi və öldürmənin də onu imtina etdirə bilməyəcəyi Əhli Beytimə mənsub biri (Mehdi) sahib olmadan günlər gecələr bitməyəcək… (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 12)
Tozlu, tüstü qaranlıq bir fitnə görüləcək, bunu digərləri təqib edəcək, ta ki Əhli Beytimdən özünə Mehdi deyilən bir şəxs çıxana qədər. Əgər Ona çatsan, Ona tabe ol və hidayətə çatanlardan ol. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 26)

