Qızıl əsrdə həyat o qədər gözəl olacaq ki, bütün insanlar bu dövrdə yaşamağı istəyəcəklər. “Zamanın necə keçdiyinin fərqinə varmayacaqlar, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını” istəyəcəklər. Qızıl əsrə duyulan bu həsrət Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə bildirilmişdir:
Onun zamanında, böyüklər “Kaş ki, mən kiçik olsaydım”, kiçiklər də “Kaş ki, mən böyük olsaydım” deyəcəklər. (El-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 48) (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 17)
Naim ibn Hammad, İbni Abbasdan nəql etdi ki:
Hz. Mehdi Bizim Əhli Beytdən bir gəncdir. Yaşlılarımız ona çata bilməyəcək, gənclərimiz isə onu ümid edəcəklər. (Axırzaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 23)
Zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək… (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 22)
Onlar hər zalıma və cəbbar oğlu cəbbara qalib gələr. Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət görülər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 68)
Hətta yaşayanlar (özlərində olan nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını arzulayacaqlar. (Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 437)
Peyğəmbərimiz (s.ə.v) hədislərində, insanların dünyada və axirətdəki qurtuluşlarına vəsilə olacaq çox qiymətli bir insan olan hz. Mehdiyə tabe olunmasını bildirmiş və onun dövründə yaşanacaq bütün bu xeyirlərə işarə etmişdir:
İbni Əbi Şeybə və Naim ibn Hammad “Fitən” adlı əsərdə, İbni Macə və Əbu Naim isə İbni Məsuddan nəql etdilər. O dedi ki:
…O (Mehdi) ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən Ona kim çatsa, qarın üzərində sürünərək belə olsa gəlsin, Ona qatılsın. Çünki O Mehdidir. (Axırzaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 14)
İnsanlar, Allahın Quranda inanan qullarına müjdələdiyi gözəlliklərin hamısını bu dövrdə yaşaya biləcəklər. Allah ayəsində iman edən möminləri dünyada da gözəl bir həyatla yaşadacağını belə bildirilir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

