Peyğəmbərimiz Hz. Məhəmmədin (s) evindən erkən çıxması

Allah Quranda, O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər

Allah Quranda, O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah, Eşidəndir, Biləndir! (Ali İmran surəsi, 121) ayəsiylə bir başqa ağıllı hərəkətə diqqət çəkmişdir. Hz. Məhəmməd (s.ə.v) o dövrün mübarizə mühitində, möminlərin təhlükəsizliyini və müvəffəqiyyətini təmin edə bilmək məqsədi ilə erkəndən evindən ayrılmışdır. Şübhəsiz Peyğəmbərimiz (s.ə.v)-in etdiyi bu tətbiq bütün inananlar üçün ağlın ön plana çıxdığı əhəmiyyətli nümunədir.

Bu nümunədən aydın olduğu kimi, əhəmiyyətli bir hadisə baş verdiyində alına biləcək ən ağıllı tədbirlərdən biri də erkən hərəkət etməkdir. Çünki erkən davranan bir insan lazım olan bütün fəaliyyətləri zamanından əvvəl təşkil edərək, qabaqcadan bilinməyən ehtiyacları və detalları təsbit edə bilmə imkanını qazanmış olar. Həmçinin son anda tələsik ediləcək bir işin, səbəb ola biləcəyi çaxnaşma və həyəcan da bu şəkildə önlənmiş olar. Uzun müddət olduğunu bilmək, insanların sakit və ağıllı düşünə bilmələri üçün əlverişli zəmin hazırlayar.

Bununla yanaşı erkən davranmaq son anda baş verə biləcək gözlənilməz hadisələrə, ya da istənməyən gecikmələrə qarşı əhəmiyyətli üstünlük təmin edər. Erkən hərəkət edildiyində, ortaya çıxan bir problemi düzəltmək imkanı olar.

Məhz Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) də erkən davranmanın gətirəcəyi bütün üstünlükləri əvvəldən hesablayaraq üstün ağlını göstərmişdir. Mübarizənin reallaşacağı mühitə erkəndən gedərək, burada möminlər arasında vəzifə bölgüsü etmiş və onları ən əlverişli yerlərə yerləşdirmişdir.

blank