Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdinin Fiziki Xüsusiyyətlərini Necə Təsvir Etmişdir?

GÖZƏL VƏ NURLUDUR

O, (Mehdi) gözəl bir cavandır, gözəl yüzlüdür. Yüzünün nuru başına və saçlarının qarasına qədər yüksələr. (Mehdilik və İmamiyə, səh. 153 /İkdüd Dürerdən)

Üzü parlayan ulduz kimi nurludur. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 33/Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Axırzaman, səh. 22)

…Üzü səmada parlayan ulduz kimidir. (Deylemi, cild 4, səh. 221, İbnul Cevzi, cild 2, səh. 558; Əli ibn Sultan Məhəmməd əl-Kari əl-Hənəfi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)

O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir… Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər. (Ukayli “En-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal”)

Mehdi mənim övladlarımdandır. Onun üzü, parlaq ulduz kimidir. (Ukayli “Een-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal”)

Gözəl yüzlüdür. Yüzünün nurları ona əzəmət verər. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

…Üzündə parlaq ulduz kimi bir rəng vardır… (Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar, səh. 12)

Quranda da Allah, hz. Yusifin gözəlliyini bu şəkildə xəbər verir:

…(Yusifə də:) “Çıx, onlara (görün)” dedi. Beləcə onlar onu (fövqəladə gözəllikdə) görüncə (fövqəlbəşər bir varlıqmış kimi gözlərində) böyütdülər… (Yusif surəsi, 31)

QARA SAÇLIDIR

Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr. (Mehdilik və İmamiyə, səh. 153/İkdüd Dürerdən)

Qara saçlıdır. Qara saqqallıdır. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər. (Ukayli “En-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal”)

ÜZÜNDƏ XAL OLMASI

Üzündə bir xal olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 41)

ÇİYNİNDƏ PEYĞƏMBƏR (S.Ə.V)-İN ƏLAMƏTİ VARDIR

Mehdinin çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki əlamət olacaq. (əl-Kavlul Muhtasarr Fi Alamatil Mehdiyy-el Muntazar, səh. 41)

Çiynində Peyğəmbər (s.ə.v)-in əlaməti vardır. (Qiyamət əlamətləri, Bərzənci, səh. 165; Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 23)

Çiynində Peyğəmbər (s.ə.v)-in nişanı vardır. (Qiyamət əlamətləri, Bərzənci, səh. 163)

Hədisi şəriflərdən aydın olacağı üzrə hz. Mehdinin iki çiyini arasında hz. Məhəmməd (s.ə.v)-də olduğu kimi açıq bir işarə olan “Peyğəmbərimiz (s.ə.v)-in əlaməti” olacaq. Peyğəmbərimiz (s.ə.v)-in əlaməti, İslami qaynaqlarda bu şəkildə bildirilir:

Əbu Saib ibn Yeziddən rəvayət edilmişdir: “Gözüm Peyğəmbərimizin iki çiyini arasındakı möhürə ilişdi.” (Sünəni Tirmizi, 6/126)

RƏNGİ

Hz. Mehdinin rəngi ərəbidir… (İbn Həcər Əl Mekki; “əl-Kavlül Müxtəsər fi Əlamatil Mehdiyy-il Muntazar”, səh. 15-75)

Qeyd: Ərəb irqinin dəri rəngi qırmızı ilə qarışıq ağdır.

Hz. Peyğəmbər (s.ə.v)-in dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin, bədəninin görünən qisimləri günəş şüası və küləkdə əsmərə çalırdı. Rəvayətlərdən hz. Mehdinin də Peyğəmbərimiz (s.ə.v)-lə eyni rəngdə olacağı aydın olur. Bir rəvayətdə Rəsulullah (s.ə.v)-in dəri rəngi belə təsvir edilir:

Ənəs ibn Malik, Peyğəmbər (s.ə.v)-in rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı. (İbni Kəsr, Şemailür- Rəsul, səh. 28)

Əsmər deyilməsində məqsəd dümağ olmayıb, az qırmızılığı vurğulamaqdır. Çünki Rəsulu Əkrəm həzrətlərinin rəngi, hamamdan hələ yeni çıxmış və özünə qırmızılıq gəlmiş olan ağ rəngli bir kimsənin o andakı rəngi kimidir. Yəni Rəsulu Əkrəm həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi. (İbni Kəsr, Şemailür- Rəsul, səh. 28)

ÜMUMİ GÖRÜNÜŞÜ

Hz. Mehdinin boyu, buxunu sanki İsrailoğulları görünüşündədir. (əl-Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 36-29)

Cismi, İsrail cismidir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 24)

Mehdi sanki İsrailoğullarından bir insandır. (Rəftarı onlara bənzər, heybətli və ağıllı) (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 23-30)

O …heybətli bir insandır. (İkdüd dürer)

Hz. Mehdinin bədəni İsrailidir. Hz. Mehdi, sanki İsrailoğulları görünüşündədir (qabaqcıllarından). (İbn Həcər Əl Mekki)

Cismi, İsrail bünyəsi kimidir. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

(Xarici görünüşü) sanki İsrailoğullarından bir insana bənzəyir. (Ukayli “En-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alet-Mövzum vəl kamal”)

Sanki o, İsrailoğullarından bir insan kimidir. (Nuaym ibn Hammad, vr. 52a; Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

GENİŞ BƏDƏNLİ OLMASI

Hədislərdə hz. Mehdinin qarnının, sinəsinin, alnının, ayaq arasının, budunun sümüklərinin geniş olduğu bildirilir. Alnının geniş olmasıyla mütənasib olaraq başı da böyük olacaq. Bütün bu təsvirlərdən, hz. Mehdinin bütün bədəninin geniş olduğu aydın olur.

İri gövdəli… (Ukayli “En-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal”)

O, alını geniş… qarnı böyük, iki bud arası geniş… (Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar, səh. 13)

O, açıq alınlıdır. (Meriy ibn Yusif ibn Əbu Bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

İki bud arası aralıdır… (Meriy ibn Yusif ibn Əbi Bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

Hz. Mehdi, hz. Həsənin soyundandır. Ayaqları aralıdır. (Əli ibn Hüsamettin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, səh. 22)

…Onun …alını genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol bir şəkildə dağıdacaq. (Əli ibn Hüsamettin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, səh. 22)

BOYU

Mehdi, orta boylu olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 41)

Mehdinin adı Məhəmməd ibn Abdullahdır. O, orta boyludur… (Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar, səh. 11)

Peyğəmbərimiz (s.ə.v)-in də eyni boyda olduğunu rəvayətlərdən öyrənirik:

Ənəs ibn Malik rəvayətlərdə buyurdu ki: Rəsulullah (s.ə.v) orta boylu idi. Bilindiyi kimi hədisdə keçən “Rəbə” sözü normal və orta boylu deməkdir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir sərhəd vardır. Çünki boyun sahibi öz qarışı ilə yeddi qarış qədər olan boya normal boy deyilər. (Tirmizi, Şemaili Şərif, səh. 15)

ALNININ AÇIQ VƏ GENİŞ OLMASI

Hz. Mehdinin alnının açıq və geniş olmasına uyğun olaraq başının da böyük olacağı hədislərdən aydın olur.

Mehdi məndəndir… Açıq alınlıdır. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 21)

Mehdi bizdəndir, alnı açıqdır… (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 21)

Allahu Təala, mənim nəslimdən, alını açıq, yer üzünü ədalətlə dolduraraq malı və əşyanı insanlara bol-bol paylayacaq bir övladımı göndərəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 23)

O, açıq alınlıdır. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

Şübhəsiz ki, Allah, mənim nəslim içində alını açıq (olan) bir şəxs göndərəcək. (Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar, səh. 11)

QARNININ GENİŞ OLMASI

O, alını açıq… qarnı böyük, iki bud arası geniş… (Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar, səh. 13)

BUD SÜMÜKLƏRİ UZUNDUR

Budu uzundur, rəngi ərəb rəngidir. (Qiyamət əlamətləri, Bərzənci, səh. 162-163)

YERİMƏSİ

Bir xüsusiyyəti də yeriyərkən bud sümüyünün açıq və bir-birindən uzaq olmasıdır. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 32)

YAŞI

Hədislərdə ifadə edilən hz. Mehdinin göndərildiyi yaşındakı niyyət, onun vəzifəyə başlayacağı, insanların özünü tanıyacaqları və fəaliyyətini görüb izləyəcəkləri yaşlardır.

Yaşı 30 ilə 40 arasında olduğu halda göndəriləcək… Mehdi mənim övladlarımdandır. 40 yaşlarındadır. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 41)

40 yaşındadır. Digər bir rəvayətə görə 30 ilə 40 yaşındadır. (Qiyamət əlamətləri, Bərzənci, səh. 16)

Mehdi mənim nəslimdəndir. O 40 yaşındadır. Sanki üzü parlaq bir ulduzdur… (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

SAQQALI

Saqqalı çox və sıx olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Saqqalı sıxdır. (Qiyamət əlamətləri, Bərzənci, səh. 163)

BURNU GÖZƏLDİR

Onun alını geniş, burnu isə incə olacaq. (Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani 5-ci cild, səh. 365)

O, açıq alınlı, kiçik burunlu… (Məhəmməd ibn Rəsul Al-Hüseyni Əl Bərzənci, “Qiyamət əlamətləri” pamuk nəşriyyat, tərcümə: Naim Ərdoğan, səh. 163)

O açıq alınlı və incə burunludur. (Əhməd, ibn Hənbəl II-291, III-17) (Sünəni Əbu Davud Tərcümə və şərhi, cild 14, Şail nəşriyyat, K. əl-Mehdi (35), səh. 404)

QAŞLARI VƏ GÖZLƏRİ

O, açıq alınlı, kiçik burunlu, iri gözlü… (Məhəmməd ibn Rəsul Al-Hüseyni Əl Bərzənci, “Qiyamət əlamətləri” Naim Ərdoğan, səh. 163)

Qaşı qövslüdür. (Məhəmməd ibn Rəsul Al-Hüseyni Əl Bərzənci, “Qiyamət əlamətləri” pamuk nəşriyyat, tərcümə: Naim Ərdoğan, səh. 163)

Hz. Mehdinin qaşları… araları açıq… (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 41)

Hədisdə hz. Mehdinin qaşlarının arasının açıq olmasıyla, gözü və qaşı arasında məsafənin geniş olduğu ifadə edilir.

DİŞLƏRİNİN GÖZƏLLİYİ VƏ PARLAQLIĞI

Dişləri parlaq olacaq. (Nuaym ibn Hammad, vr. 52a; əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 41)

Mehdi, gur saqqallı, ön dişləri parlaq… (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)