Allah qorxusu çox güclüdür
Mehdi Allaha qarşı son dərəcə boyun əyicidir. Əxlaq baxımından Peyğəmbərə bənzəyər. (Qiyamət əlamətləri, səh. 163)
Mehdi, gerges quşunun qanadının titrəməsi kimi Allahdan çox qorxan bir kimsədir. (Cəlaləddin Suyutinin təsnifindən hədislər, səh. 23)
Əxlaqı inananlar üçün nümunədir
İlahi bolluq (bərəkət və bolluq, elm və mədəniyyət) ona çatar. Dini elmləri və nümunə əxlaqı dərk edər. (Allahdan alar.) (Konavi Risalət-ül Mehdi, səh. 161)
Quranda Peyğəmbərimiz (s.ə.v)-in də səmimi olaraq iman edənlər üçün gözəl bir nümunə olduğu bildirilmişdir:
And olsun, sizin üçün, Allahı və axirət gününü ümid edənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulunda gözəl bir nümunə vardır. (Əhzab surəsi, 21)
Zamanının ən xeyirlisidir
İbni Cərir, Tehzib-il Asarda belə təxric etdi (ortaya qoydu): Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinlikləri aradan qaldıran vəliniz olan kimsəyə qatılın… O Mehdidir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 57)
Dövründə yer üzünün ən xeyirlisi özü olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntəzər, səh. 27)
Naim ibn Hammad, Kabdan təxric etdi (ortaya qoydu), buyurdu ki: Mehdi (zamanındakı) insanların ən xeyirlisidir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 58)
Hz. Mehdinin əməlində ayıb və zülm yoxdur
Mən Mehdini, peyğəmbərlərin səhifələrində (kitablarında) belə görürəm: Mehdinin əməlində nə zülm, nə də ayıb vardır. (Nuaym ibn Hammad, vr. 50b; Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 21)
Peyğəmbərlərə dair olan kitablarda, “Mehdinin işi zülm və pislik deyil” şəklində işarə edilmişdir. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntəzər, səh. 49)
Halalları və haramları çox yaxşı bilməsi
Hz. Hüseyn (r.ə)-dən soruşdular: “İmam Mehdi hansı əlamətlərlə bilinər?” Belə cavab verdi: “Könül rahatlığı və qazanc sahibi olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntəzər”)
Hikmət və anlayış gücü çox yüksəkdir
Hədislərdə hz. Mehdinin Allahın ona verdiyi xüsusi bir gücə sahib olduğu bildirilir:
O, kimsənin bilmədiyi gizli bir gücün sahibi olduğu üçün ona Mehdi deyilmişdir. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman)
Muhyiddin Ərəbi hz. Mehdinin bəzi xüsusiyyətlərini sayır. Aşağıdakı izahında hz. Mehdinin diqqət çəkən başlıca 9 xüsusiyyətinə yer verir:
1) Bəsirət sahibi olması
2) Müqəddəs kitabı anlaması
3) Ayələrin mənasını bilməsi
4) Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi
5) Qəzəbləndiyində belə mərhəmət və ədalətdən ayrılmaması
6) Varlıqların siniflərini bilməsi
7) İşlərin dolaşıq tərəflərini bilməsi
Çünki bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə yanılmaz. Mehdi müqayisə elmini onunla hökm etmək üçün deyil, ondan qaçınmaq üçün bilər. Çünki verdiyi hökm doğru bir ilham nəticəsi olacaq. Yəni hz. Məhəmməd (s.ə.v)-in gətirdiyi şəriət üzrə hökm edəcək. Bu səbəblədir ki, Peyğəmbərimiz (s.ə.v) onun haqqında edərkən “Mənim izimi izləyəcək, səhvə yol verməyəcək” demişdir. Bundan anlayırıq ki, Mehdi, şəriət sahibi deyil, şəriətə uyandır.
8) İnsanların ehtiyacını yaxşı anlaması
Çünki onların hər cür işlərini görmək üçün Allah onu digər insanlar üzərinə seçmişdir. Liderlərin davranış və fəaliyyətləri onlardan çox xalqın mənfəətinə olmalıdır… Xalqın faydasına zidd şeylərlə məşğul olub, onların işlərini görməyən bir lider vəzifədən azad olunması lazımdır. Çünki onunla digər insanlar arasında fərq qalmamışdır.
9) Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə hakim olmasıdır. Çünki ancaq o sayədə yeni-yeni zühur ediləcək məsələləri həll edə bilər. (Qiyamət əlamətləri, səh. 189)
Mübarizəçi və cəsurdur
Fitnələrin qarşısını almanın ona çətin gəlməyəcəyi və öldürməyin də onun əl çəkməyəcəyi Əhli Beytimə (soyuma) mənsub biri sahib olmadan günlər və gecələr bitməyəcək. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 13)
Mehdi işi möhkəm tutacaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 175)
İnsanlar haqqa dönənə qədər (fikri) mübarizəsinə davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 23)
Mehdi hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 24)
Qarşısına dağlar belə tikilsə onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 39)
Allah Quranda bir çox ayədə elçilərinin gözəl əxlaqından və cəsur xarakterlərindən bəhs edir. Elçilər qövmlərinin bütün inkarçı rəftarlarına, lağ-lağalarına, tələlərinə və hücumlarına ən gözəl şəkildə cavab vermişlər və hər zaman Allahın köməyiylə qalib gəlmişlər.
Çox mərhəmətlidir
Hz. Mehdi, o qədər mərhəmətli olacaq ki, zamanında bir kimsənin belə burnu qanamayacaq. (əl-Kavlul Müxtəsər fi Alamatil Mehdiyy-il Müntəzar, səh. 42)
…Yoxsullara qarşı çox mərhəmətli olması, Mehdinin əlamətlərindəndir. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Müntəzər”)
…Məzlumlara qarşı da çox mərhəmətli olmasıdır. (Nuaym ibn Hammad, vr. 50b; Ukayli “en-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal”)
İslamı qoruma hissi çox güclüdür
Hz. Mehdinin şərəf duyğularının çox güclü olacağı hədislərdə bildirilmişdir. İslam əleyhinə ediləcək hər cür sözü tam olaraq cavablandıracaq, bu istiqamətdəki hər cür hərəkəti, fikri olaraq tamamilə təsirsiz hala gətirəcək.
İslamın əleyhinə deyiləcək bir söz belə ona ağır gəlir. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Müntəzər, səh. 30)
Kimsəyə tənəzzül etməməsi
O, mənim ümmətimdən, tənəzzül etməyən (Allahdan başqa heç bir varlığa minnət duymayan bir insandır. (Suyuti, əl-havi, 2/24)
Ehtiyaclarını insanlara bildirməməyi
Hz. Hüseyn (r.ə)-dən soruşdular: “İmam Mehdi hansı əlamətlərlə bilinər?” Belə cavab verdi: “…İnsanlar ona möhtac olarlar. O, isə insanlara ehtiyacını bildirməz.” (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)
Hər məsuliyyəti üzərinə götürməsi
Hər vəzifəni üzərinə götürər və zəifə, düşkünə kömək edər. (M. Muhyiddin Ərəbi “Futuhat-El Mekkiye”, 366-cı bab, cild 3, səh. 327- 328)
Təmkinli (halım və heybətli) olması
Hz. Hüseyn (r.ə)-dən soruşdular: “İmam Mehdi hansı əlamətlərlə bilinər?” Belə cavab verdi: “Könül rahatlığı və təmkin (ciddi və heybətli) sahibi olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar. (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)
Zalıma qarşı haqqı müdafiə etməsi
Mehdi zalıma qarşı haqqı müdafiə edəcək. Hətta (zalım) bir insanın azı dişində olan (haqsız bir tikəni) belə ondan çəkib alacaq və sahibinə qaytaracaq. (en-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal)
İnsanlara lütfkarlıq etməsi
Zamanın dayandığı (sistemlərin dəyişdiyi) bir dövrdə, Mehdi deyilən bir insan gələcək və lütfkarlığı bol və gözəl olacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 14) O, fitnələrin zühur etdiyi bir zaman aralığında gələcək və lütfkarlığı qarşılıqsız olacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
Comərd olması
Axırzamanda bir xəlifə olacaq, malı sayıb hesab etmədən paylayacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15) Əmirlərinizdən bir əmir olacaq ki, malı saymayacaq. Biri ondan mal istədiyində, “al” deyər. O da paltarını sərər və o da doldurar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15)
Cənnətlə müjdələnmiş olması
…Ənəs ibn Malik (r.ə) belə demişdir: Mən, Rəsulullah (s.ə.v)-dan eşitdim, buyurdu ki: Biz Əbdülmütəllibin uşaqları cənnət xalqının böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Mehdi. (Sünəni İbni Macə, 10/349)

