Bidət, “dinin əslində olmadığı halda, dinə daxil edilən adətlər” mənasını verər. Peyğəmbərimiz (s.ə.v)-də hədislərində hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrdən birinin, “dinə sonradan soxulan bütün səhv inanc və tətbiqlərdən təmizləyərək İslam dinini Peyğəmbərimiz (s.ə.v) dövründə yaşandığı kimi əslinə çevirmək” olduğunu ifadə etmişdir. Hz. Mehdinin bu xüsusiyyətini xəbər verən hədislərdən bəziləri belədir:
Hz. Mehdi heç bir bidəti buraxmayacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
Mehdi ləğv etmədiyi bidət buraxmayacaq. Axırzamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək. (Qiyamət əlamətləri, səh. 163)
Hz. Peyğəmbər (s.ə.v) əvvəlcə İslama necə dəstək oldusa, hz. Mehdi də ən sonunda eyni şəkildə İslama dəstək olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)

