Peyğəmbərimiz (s.ə.v) bir hədisində hər əsrin əvvəllinin əhəmiyyətinə belə diqqət çəkmişdir:
Dünya yaradılandan bəri hər əsrin əvvəlində mühüm bir hadisə olmuşdur. Bir əsrin əvvəlində də Dəccal çıxar və İsa ibn Məryəm (ə.s) enərək onu yox edər. (İbn-i Ebi Hatem; Geleceğin Tarihi 3, səh. 153)
Yuxarıdakı hədisdə göründüyü kimi, hz. İsa (ə.s)-ın əsrin əvvəlində çıxacağı xəbər verilmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v) bəzi hədislərində hz. Mehdi (ə.s)-ın zühur tarixi olaraq da açıqca 1400-cü ili vermişdir. Bu hədislərdən biri belədir:
İnsanlar 1400-cü ildə Mehdinin yanında toplanacaqlar. (Risaletül Huruc-ül Mehdi, sf. 108)
Digər bir hədisdə isə hz. Məhəmməd (s.ə.v) belə bildirmişdir:
Hicrətdən 1400 il sonrakı əqidlərdən iki və ya üç əqid say. O zaman Mehdi Əmin çıxar… (Esme-l Mesalik Lieyyam-il Mehdiyy-il Meliki Li Küll-id Dünya Biemrillah-il Malik, Kelde bin Zeyd, 216)
Kitabın əvvəlki hissələrində göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v), hədisləri ilə Axırzaman əlamətləri barəsində bizə bir çox məlumat vermişdir. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl yaşanacaq hadisələri çox təfsilatlı şəkildə təsvir etmişdir. Bu mövzuyla əlaqədar olaraq Buxari və Müslim, Ömər Ibnül Hattab və Huzeyfedən, İmam Əhməd və Müslim Əbu Zeyd ibn Amr ibn Axtab Əl Ənsaridən belə rəvayət etmişlər:
“Rəsulu-Əkrəm (s.ə.v)… Bu xütbələrində tam olmuş və bundan sonra olacaq hadisələri xəbər verdi, onları bizə öyrətdi və əzbərlətdi”. (Buhari, Müslim)
Hz. Hüzeyfə ibn Yəman (r.ə) da bu mövzuda bunları söyləmişdir:
“Allaha and içirəm ki, Rəsulu-Əkrəm (s.ə.v) dünyanın sonuna qədər gələcək fitnələri və bu fitnələri törədən rəisləri ta üç yüzdən daha artıq kəsləri bizə adları, atalarının adları və qəbilələrinin adları ilə xəbər verdi”. (Ebu Davud)
Peyğəmbərimiz (s.ə.v)-dən bizə çatan bu xəbərlərin hər birinin bir-biri ardınca gerçəkləşmiş olması və hələ də gerçəkləşməyə avam etməsi, yaşadığımız dövrün Axırzaman olduğu mövzusunu qətiləşdirir. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış tarixi olaraq hədislərində açıqca 1400-cü il tarixini verməsi də bu əlamətləri bir daha təsdiqləyir. O zaman hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə qayıdışı da Allahın icazəsi ilə çox yaxındır.

