Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdi Dövründəki Etibarlı Mühiti Necə Təsvir Edir?

Hədislərin işarələrinə görə, Qızıl əsrdə yaşanacaq həyat, barış və hüzur dolu olacaq. Dünyadan anarxiya, terror, qarışıqlıq, düşmənlik və şiddətin tamamilə ləğv olması nəticəsində insanlar cənnət bənzəri bir mühitə qovuşacaqlar. Hər cür ədalətli sistem yaradıldığı və bütün insanlar, Allah qorxusunu öyrənib və bunun şüuruna çataraq yaşadığı üçün oğurluq, saxtakarlıq, fırıldaqçılıq kimi sosial problemlər qalmayacaq. Cinayətlər, hücumlar, təcavüzlər, böhtan, təhqir ehtiva edən hərəkətlər və cəmiyyət hüzurunu pozacaq hər cür rəftar pozuqluqları və sui-istifadələr ləğv olacaq. Müharibələr, çaxnaşmalar, mübahisələr, narkotikə aludə olmuş insanların və ya qeyri-stabil insanların hücum etmə ehtimalı sona çatacaq, insanlar bu cür hərəkətlərdən qaynaqlanan bütün narahatlıq və qorxularından xilas olacaqlar. Yer üzünün hər yeri insanların böyük bir rahatlıq, hüzur və güvən içərisində yaşaya biləcəkləri əmin-amanlıq diyarlara çevriləcək. Gecə-gündüz hər yerdə, küçələrdə güvən içində gəzə biləcəklər. Hər kəs istədiyi saatda, istədiyi yerdə ailəsiylə gəzə biləcək, uşaqlarını heç bir narahatlığa qapılmadan rahatlıqla məktəblərinə göndərə biləcəklər.

İnsanlar dövlətə duyduqları güvən və hörməti, onun orqanları asanlıq təmin edərək göstərəcəklər. Qəzəblə hərəkət edən, tərs davranan, çətinlik çıxaran insanlar olmayacaq. Əksinə Quran əxlaqını yaşayan insanlar son dərəcə köməksevər və tolerant əxlaqlarıyla, dövlətin yanında yer alacaq, dövlət orqanlarının işlərini asanlaşdıracaq şəkildə hərəkət edəcəklər.

Bütün dövlətlər millətlərinə güvənəcək, xalqın saxtakarlıq etmə ehtimalına söykənən, xalqı potensial təhlükə olaraq görən idarəetmə sistemləri ləğv olacaq. Xalqa güvən əsas alınacaq, insanların bəyanı yetərli olacaq və buna görə hərəkət ediləcək.

Xalq araşdırmaya, doğrunu öyrənib buna görə hərəkət etməyə istiqamətləndiriləcək, ani qəzəbin və kütləvi hərəkətlərin meydana gəlməsi təbii olaraq olmayacaq. İnsanlar hər nə problemləri olursa olsun bunu sevgi, hörmət və uyğunlaşma içərisində asanlıqla həll edə biləcəklərini bilmənin hüzurunu və etibarını yaşayacaqlar. Hədislərdə, o dövrdə cəmiyyətdə hakim olacaq olan bu etibarlı mühit çox təəccüblü nümunələrlə xəbər verilmişdir. Bu məlumatlara görə, Qızıl əsrdə “qurdla qoyun bir yerdə otlayacaq”, “uşaqlar ilan və əqrəblə oynayacaq, amma zərər görməyəcəklər”. Bu güvən mühitini təsvir edən hədislərdən bəziləri belədir:

… Hər yer əmin bir hala gələr… (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 58)

…Onun zamanında qurdla qoyun bir yerdə otlayacaq, uşaqlar ilan və əqrəblə oynaşacaq… (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və Diriliş, səh. 179, 1699)

Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın, yanlarında heç kişi olmadan, rahatlıqla, həccə gedəcək. (Nuaym ibn Hammad, vr. 74b; Suyuti, cild II, səh. 77; əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti o cür olar ki, yuxuda olan bir kimsə belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya, sanki Əsri Səadət dövrünə geri dönər. (Nuaym ibn Hammad, K. Fiten vr. 77b; Suyuti, cild II, səh. 77; Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)

Rükn ilə Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 42)