Bütün insanların çox böyük hüzur, güvən və rahatlıq içində olacaqları Qızıl əsrin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, insanların Qurana bağlı olduğu və Quran əxlaqının əksiksiz olaraq yaşandığı bir dövr olmasıdır. İnsanlar Allahdan qorxduqları və axirətdə bütün etdiklərindən sorğuya çəkiləcəklərinin şüurunda olduqları üçün eqoizm, kin, qəzəb, nifrət, həsəd, intiqam hissləri kimi pis əxlaq xüsusiyyətlərindən, sui-istifadədən, haqsız qazanc əldə etməkdən, yalan danışmaqdan, insanların canına qəsd etməkdən, rüşvət almaqdan diqqətlə çəkinəcəklər. Bunların yerinə insanlar arasında dürüstlük, köməksevərlik, fədakarlıq, başqalarının yaxşılığını, sağlamlığını, rahatını, təhlükəsizliyini düşünmək, sevgi, hörmət, mərhəmət, vəfa, sədaqət, qardaşlıq kimi gözəl əxlaq xüsusiyyətləri hakim olacaq.
Allahdan qorxub çəkinən, ixlaslı, təvəkkül sahibi, hər şeyi xeyir gözüylə qiymətləndirən, çox şükür edən, vicdanlı, şəfqətli, mərhəmətli, ədalətli, cəsur, etibarlı, güclü, şərəfli, təvazökar, anlayışlı, tolerant, insani, mehriban, haqqı söyləməkdən çəkinməyən, səbirli, qəzəbə qapılmayan, səhvlərində israrlı olmayan, əksəriyyətə deyil haqqa uyğun gələn, sözünə sadiq, vəfalı, iffətli, uzlaşdırıcı kəslərin varlığı üstün əxlaqlı cəmiyyətlər meydana gəlməsini təmin edəcək.
Allah qorxusunun və Quran əxlaqının yaşanması nəticəsində ümidsiz, şövqsüz insan qalmayacaq, hər işlərində şövqlə hərəkət edəcək, cəmiyyətə və özlərinə faydalı insanlar halına gələcəklərdir.
Allahın onlar üçün yaratdığı gözəllikləri və ətrafındakı nemətləri daha yaxşı görüb təqdir edə biləcək və bütün bunlardan daha çox zövq ala biləcəklər. İnsanlara, uşaqlara qarşı duyulan sevgi; yaşlılara, möhtaclara duyulan şəfqət və mərhəmət hissləri daha çox artacaq. İnsanlar yanlarında işləyənlərə qarşı sevgi və hörmət dolu əxlaq göstərəcəklər. İşləyənlərin ailələrini qoruyub, mühafizə edəcək hər problemlərinə ortaq olub, hər ehtiyacları olduğunda cəmiyyətin hər seqmenti bir-birinin köməyinə qaçacaq.
Cəmiyyətdə saxtalıq, sadəlik, səthilik tamamilə ortadan qalxacaq; insanların şəxsiyyətlərinə dərinlik, səmimiyyət, və keyfiyyət hakim olacaq. İnsan ruhuna və mömin şəxsiyyətinə yaraşmayan hər cür pis işlər Quran əxlaqının yaşanmasıyla özbaşına ortadan qalxacaq.
Yenə Quran əxlaqının gərəyi olaraq insanlar təmizliyə də böyük əhəmiyyət verəcək, həm ətraflarını, həm də özlərini mümkün qədər təmiz və gözəl hala gətirəcəklər. Cəmiyyətin hər seqmentində, bütün insanlar son dərəcə təmiz, gözəl və baxımlı olacaqlar.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl əsrdə, hz. Mehdi dövründə yaşanacaq olan bu əxlaq gözəlliyi belə ifadə edilmişdir:
Təbərani, Evsadda Əmir ibn Əli tariki ilə Hz. Əli ibn Əbu Talibdən nəql etdi:
…Cənabı Haqq İslamı necə Bizimlə başlatmışsa Onunla sona çatdıracaq. Necə, Bizimlə onlar aralarındakı şirk və ədavətdən (nifrət və düşmənlikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və məhəbbət (sevgi) yerləşmişsə, (Onun gəlişi ilə) yenə elə olacaq. (Axırzaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 20)
“…Onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 17)

