Hər əsrdə din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir insanın göndərildiyi, böyük və mötəbər əhli-sünnə alimlərinin “Sünəni-Əbu Davud”, “Məktubatı-Rəbbani” kimi əsərlərində açıqca bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə Axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdi (ə.s)-ın zühur vaxtı olaraq isə hicri 1400-cü il verilmişdir. Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccal sistemi isə tamamilə ortadan qalxacaq. Lakin təxminən 100 il qədər davam edəcək bu yüksəlmə dövrünün ardınca, yəni hicri 1500-cü illərlə birlikdə dünya yenidən pozulma mərhələsinə daxil olacaq. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşəriyyət tarixinin başlanğıcı barəsində mühüm bir məlumat vermişdir:
Əhməd İbn Hənbəl əsasında nəql etdi. İsmayıl ibn Əbdülkərim, Əbdüssaməddən O da Vəhbdən rəvayət etdi; DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)
Digər tərəfdən başqa bir çox hədisdə də dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:
Ənəs Malikdən təxric etdi (çıxarış etdi). O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah buyurdu ki; “SƏNİN RƏBBİNİN YANINDAKI BİR GÜN, SİZİN SAYDIĞINIZ MİN İL KİMİDİR” RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılasa, Allah onun üçün, gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİNCƏ SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)
Dakka ibn Zeyd əl-Cühənidən rəvayət etdilər. Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki; GÖRDÜYÜN BU YEDDİ PİLLƏLİ MİNBƏR DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 89)
Əhli-sünnə alimlərindən Hüsaməddin əl-Müttəqinin əsəri olan “Kitabül bürhan fi əlamətil Mehdiyyil Axırzaman” kitabında qeyd olunan bu hədislərə görə Peyğəmbərimiz (s.ə.v) dünyanın ömrünün 7000 il olduğunu bildirir. Eləcə də, bir çox əhli-sünnə alimlərinin əsərlərində, məsələn, Müttəqi həzrətlərinin, Kenzul-Ümmal, hədis №: 16459-da, Muhəmməd Tahir ibn Əli əl-Hindinin əsəri Tezkiretul-mevduat, I/223-də, İmam Sahavi, əl-Makasidul-həsənə (Deylemidən rəvayət edilib), I/693, hədis №: 1243-de, əl Munavinin Feyzul-Qədr, III/547; hədis №: 4278 (Deylemidən rəvayət edilib), Bəyazid Bistami Həzrətlərinin Miftahul-cifr adlı əsərində dünyanın ömrünün 7000 il olduğu mövzusuyla əlaqədar hədislərə yer verilmişdir. Bu da əhli-sünnə alimlərinin həmfikirliklə bu mövzunu qəbul etdiklərini göstərən çox aydın bir dəlildir.
Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü ili göstərmişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını bildirmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünya üzərindəki yüksəliş dövrünün bitəcəyi və kafirlər üçün qiyamət qopmasının hicri 1545-ci il etibarilə mümkün ola biləcəyimi söyləmişdir (doğrusunu Allah bilər).
“Ümmətimdən bir taifə (tayfa) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq”.
“Ümmətimdən bir taifə (tayfa)..” fıqrasının (hissəsinin) məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1542 (2117) edərək nəhayəti-davamına (varlığının sonuna) işarə edər. “Haqq üzərində olacaq” (şəddə sayılır) fıqrası (hissəsi) belə; məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra da 1542-yə (2117) qədər, gizli və məğlubiyyət içində vəzifəyi-tənviriyəsinə (işıqlandırma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. “Allahın əmri gələnə qədər” (şəddə sayılır) fıqrası (hissəsi) belə; məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1545 (2120), kafirin başında QİYAMƏT QOPMASINA işarət edər. (Kastamonu Lahikası, səh. 33)
Peyğəmbərimiz (s.ə.v) başqa bir çox səhih hədisində isə dünyanın yalnız 1 günlük ömrü qalmış olsa da, Allahın bu ömrü uzadıb hz. Mehdi (ə.s)-ı mütləq zühur etdirəcəyini bildirmişdir. Bu olduqca mühüm açıqlamadır. Çünki hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in rəvayətinə baxmayaraq, hicri 1400-cü ildə çıxmayacağı kimi hədislərə müxalif açıqlamalar verən, bəhs olunan insanların bu hədisləri də görməzlikdən gəldiyi son dərəcə ortadadır. Halbuki Peyğəmbərimiz (s.ə.v) bu hədisləri, hz. Mehdi (ə.s)-ın zühurunun və onun vəsiləsi ilə İslam əxlaqının hakim olmasının insanlar üçün nə qədər mühüm olduğuna çox açıq şəkildə diqqət çəkmişdir.
Abdullah (r.ə)-dən rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki; əhli-beytimdən adı adıma uyğun olan bir insan başa keçəcək… DÜNYANIN TƏKCƏ BİR GÜNLÜK ÖMRÜ QALMIŞ OLSA, ONUN (HZ. MEHDİ (Ə.S)-IN) BAŞA KEÇMƏSİ ÜÇÜN ALLAH O GÜNÜ MÜTLƏQ UZADAR. (Sünen-i Tirmizi 4/92)
Hz. Əlidən rəvayət olunduğuna görə Rəsulullah (s.ə.v) belə buyurdu: QİYAMƏTİN QOPMASI ÜÇÜN ZAMANDA TƏKCƏ BİR GÜNDƏN BAŞQA VAXT QALMAMIŞ DA OLSA, ALLAH (C.C) MƏNİM ƏHLİ-BEYTİMDƏN BİR ZATI (ŞƏXSİ) GÖNDƏRƏCƏK. (Sünen-i Ebu Davud, 5/92)
İbn Macə və Əbu Naim, Əbu Hüreyrədən təxric etdilər (çıxarış etdilər), o dedi, Peyğəmbər (s.ə.v) buyurdu: ƏGƏR DÜNYADAN BİR GÜN QALSA, ALLAH O GÜNÜ UZADAR VƏ ƏHLİ-BEYTİMDƏN BİRİNİ MƏLİK (HÖKMDAR) EDƏR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Muntazar, 10 El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 27 Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh. 437)
Allahın, “dünyadan bir gün qalsa da, o günü uzadıb hz. Mehdi (ə.s)-ı zühur etdirəcəyini” bildirən Peyğəmbərimiz (s.ə.v)-in sözləri, hz. Mehdi (ə.s)-ın zühuru üçün lazım gəlsə zamanın uzadılacağı istiqamətindədir. Demək ki, belə olan halda, hz. Mehdi (ə.s)-ın zühuru yüz il sonraya təxirə salınıb bu əsrdə gözlənilməkdən imtina edilməyəcək, əksinə hz. Mehdi (ə.s)-ın zühuru yenə hicri 1400 içində gözlənilməyə davam ediləcək. Bu çox əhəmiyyətlidir ki, hicri 1499-cu ilin son gününə qədər hicri 1400-cü illərin içində olunar. Hz. Mehdi (ə.s)-ın zühuru üçün Allahın lazım gəlsə zamanı uzatması da, yenə hicri 1500-cü illərə qədər olacaq. Hz. Mehdi (ə.s) bu dövr ərzində İslam əxlaqını, fəzilətini və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini dünyaya yayma fəaliyyətlərinə müxtəlif formalarda davam edəcək. Lakin bəhs edilən uzatma dünyanın 7000 illik ömrünü keçməyəcək uzatma olacaq, sonrasında isə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi; İslam əxlaqının dünya üzərindəki təsirinin qalxmağa başlaması ani geriləmə şəklində deyil, ağlın ixtiyarını qaldırmadan yavaş-yavaş meydana gələcək. Ardından dünyanın 7000 illik ömrünün sonu olan qiyamətin qopma hadisəsi də, Ustad Səid Nursi həzrətlərinin bildirdiyi kimi, inşaAllah hicri 1500-cü il etibarilə gözləniləcək (doğrusunu Allah bilər).
Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni hicri 1500-cü illər içində qiyamətin qopmasının Allahın icazəsi ilə gözlənildiyini bildirir (doğrusunu Allah bilər).
BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ… (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk nəşriyyatı, İstanbul, 2002, səh. 299)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq, Süyuti həzrətləri isə verdiyi açıqlamada belə bildirir:
“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”. (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89)

