Hz.Muhamməd (səv) çox nəzakətli və kübar insan idi. Ətrafındakı heç kimin ən kiçik narahatlıq belə hiss etməsini istəməzdi. Məsələn, bəzən onu ziyarət edən müsəlmanlar incə düşüncəli davranmır və yeməklərini yedikdən sonra da uzun müddət oturmağa davam edirdilər. Çox alicənab insan olan Peyğəmbərimiz bu vəziyyətdən narahat olmasına baxmayaraq, heç kimi pərt etməmək üçün bir söz demirdi. Bunun ardından uca Rəbbimiz bu ayəni endirdi:
“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır.” (Əhzab surəsi, 53)
Yəni Allahın bu qədər sevdiyi, bu qədər dəyər verdiyi, bu qədər güc və səlahiyyət bəxş etdiyi gözəl Peyğəmbərimiz eyni zamanda bu qədər təvazökar və alicənab insan idi.
