Kanadalı tarixçi və arxeoloq Den Gibson tərəfindən 2016-cı ildə yayımladığı “Müqəddəs şəhər” adlı sənədli filmdə əsl Kəbənin İordaniyadakı Petra olduğu ilə bağlı müzakirələrə səbəb olan iddia ortaya atdı. Əslində isə bu qərəzli şəkildə Dəccaliyyətin yeni oyunu idi. İslam aləmində fitnə çıxarmaq və həqiqi islamdan daha da uzaqlaşdırma məqsədi daşıyırdı. İlk öncə Petra şəhəri ilə bağlı Quranda yazılan məlumatlara baxaq.
Bu gün Səmud qövmü Quranda adı çəkilən qövmlər arasında ən çox məlumata sahib olanlardan biridir. Tarixi mənbələr əslində Səmud adlı bir qövmün yaşadığını göstərir. Quranda adı keçən Hicr və Səmud qövmünün əslində eyni qövm olduğu təxmin edilir; çünki Səmud qövmünün başqa bir adı “Əshabi Hicr”dir. Bu halda “Səmud” sözü bir qövmün adı ola bilər və Hicr şəhəri də bu insanların qurduğu şəhərlərdən biri ola bilər. Əslində yunan coğrafiyaşünası Plininin təsvirləri də bu cürdür. Plini yazırdı ki, Səmud qövmünün yaşadığı yerlər bugünkü Hicr şəhəri olan Domatha və Heqradır.
Səmud qövmündən bəhs edən ən qədim mənbə Babil kralı II Sarqonun bu qəbiləyə qarşı qələbəsini təsvir edən Babil dövlət qeydləridir (e.ə. 8-ci əsr). Sarqon Şimali Ərəbistandakı müharibədə onları məğlub etdi. Yunanlar da bu qəbilənin adını çəkirlər və Aristotel, Ptolemey və Plininin yazılarında onların adları “Səmudey”, yəni “Səmudlar” kimi qeyd edilir. Peyğəmbərimizdən əvvəl, təxminən 400-600-cü illər arasında onun izləri tamamilə silinmişdir.
Qurana görə Səmud qövmünə hz. Saleh göndərilmişdir. Hz. Məhəmməd isə Ərəbistanın Məkkə şəhərində doğulmuşdur və öz qövmünə göndərilmişdir. Bu iki şəhər arasındakı məsafə isə 1533 km.dir. Məkkə ilə Mədinə arasındakı məsafə isə 337 km.dir. Məkkədən hicrət edən müsəlmanların Mədinəyə getməsi də coğrafi olaraq daha uyğundur. Səmud qövmü ilə bağlı ayələr belədir:
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”. Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, – dedilər. (Hud surəsi, 61-62)
İordaniyadakı məşhur Petra xarabalıqları barədə Quranda yazılan ayələr:
“Hicr əhalisi də elçiləri yalanlamışdı. Biz onlara da möcüzələrimizi göndərdik. Ancaq onlar bunlardan (bu möcüzələrdən) üz çevirdilər. Onlar əmin-amanlıqda olmaq üçün dağları yonub evlər düzəldirdilər. Sübh çağı qorxunc səs onları da yaxaladı. Qazandıqları isə heç bir şeyi (əzabı) onlardan dəf edə bilmədi.” (Hicr surəsi, 80-84)
Bu gün İordaniyada Petra adı ilə də tanınan Rum vadisində bu qövmün daş üzərində sənət əsərlərinin ən gözəl nümunələrini görmək mümkündür. Necə ki, Quranda Səmud qövmünün daş ustalığı belə qeyd edilir:
“Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları oyub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!” (Əraf surəsi, 74)
Məkkə şəhəri və Kəbə ilə bağlı Quranda məlumatlar:
Müsəlmanlar üçün yer üzündəki ən mübarək yer olan Kəbə, Allahın əmri ilə Hz. İbrahim peyğəmbər və oğlu hz. İsmayıl tərəfindən tikilmişdir. Allah Quranda “İbrahimin məqamının” insanlar üçün tikilmiş ilk ev olan Kəbədə olduğunu bildirir:
Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Ali İmran surəsi, 97)
Allah Hz. İbrahim peyğəmbərə insanları Kəbəni ziyarət etməyə çağırmağı əmr etdi. Bu çağırışdan sonra möminlər dəstə-dəstə Kəbəni təvaf etmək və həcc ziyarətinə gəldilər. Bu ayədə belə bildirilir:
İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər. Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə Allahın adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin! (Həcc surəsi, 27-28)
Kəbə, Hz. İbrahimin dövründən bəri müsəlmanların ziyarət etdikləri çox əhəmiyyətli bir yer olmuşdur. Halbuki Peyğəmbərimizdən əvvəl Ərəbistanda yaşayan qəbilələr Hz. İbrahim peyğəmbərin və ondan sonra gələn peyğəmbərlərin tövhid inancından uzaqlaşmışdılar. Hz. İbrahim peyğəmbərin Allaha ithaf edərək tikdirdiyi Kəbə bütpərəst inancların mərkəzi oldu. Peyğəmbərimizin Məkkəni fəthi ilə bütlərdən təmizlədi. Bu tarixdən sonra Kəbə hər il milyonlarla müsəlmanın axın etdiyi mübarək məscid olaraq qalmağa davam etdi.

