Münafiq, müsəlmanlardan nifrət etdiyi halda soruşsan qatı dindar olduğunu deyər. Hər kəsdən daha ağıllı, daha vicdanlı, daha qərarlı, daha mədəni, daha məqsədəuyğun düşünən olduğunu deyər. Müsəlmana qarşı nifrət vardır, bütün müsəlmanlara qarşı içində nifrət vardır. Həmişə özünü ən yaxşı hesab edər, çoxbilmiş və lovğadır, təkəbbürlə danışar, hörmətsizdir, üslubu aqressivdir. Ruhunda hörmət, nəzakət kimi duyğular olmaz. Sevgisizlik üzündən axar. Əsas mövzusu da müsəlmanlardır. Küfrü tənqid etməz, müsəlmanları tənqid edər. Müsəlmana gücü yetər, məzluma gücü yetər. Əslində gücü yetməz, gücü yetdiyini zənn edər.
Peşəkar münafiqin sayı adi münafiqdən daha azdır. Adi münafiq cəmiyyətin içində çox olar. Amma ən təhlükəlisi peşəkar münafiqlərdir. Peşəkar olanların dərin dövlətlə əlaqələri var. Münafiq küfrün ən əhəmiyyətli silahlarındandır. Sualtı qayıq kimidir. Suyun altında gedər, görünməz. Münafiqin silah xüsusiyyəti küfr üçün çox əhəmiyyətlidir. Ona görə onları diqqətlə seçərlər və diqqətlə istifadə edərlər. Münafiqlər çox murdardır, kin doludur. Cəmiyyət içində çoxdur. İntellektual səviyyəsi bəzən yüksək də olar.
Yırtıcı və azğın münafiqlər də vardır, lakin sakit, ilan kimi sakit olan, ilan kimi səssiz sancan münafiqlər də vardır. Amma it kimi təcavüzkar, azğın münafiqlər də vardır, yəni münafiqlər iki cürdürlər. Bir də peşəkar və adi olaraq da iki yerə ayrılarlar. Məsələn, televiziya proqramına çıxar xurafat danışar, çox azğındır, amma diqqət edilsə bu tiplər, münafiqlər küfrə qarşı tək söz etməzlər, münafiqlərin üslubu küfrə qarşı hörmətlərindən aydın olar. Küfrə qarşı etinalı, diqqətli, onları hirsləndirməməyə çalışan rəftar göstərərlər.
Münafiqin bir üsulu da, “mən İslamı yaşamıram, amma yaşamasam da, alim kimi məlumatım vardır, hər kəsi xəbərdar edərəm”, adı altında müsəlmanlara it kimi hücum edər. Özü etməz, etmədiyini də gizləməz. Bəzi münafiqlər də etdiyini iddia edər, yəni çox təqvalı olduğunu iddia edər. Bir çox növə ayrılırlar, diqqət yetirsəniz, şaxələnirlər. Məsələn, tək qalanda namaz qılmaz, “qılıram” -deyər. Amma bəzi münafiqlər vardır namaz qılmadığını deyər, içki də içdiyini deyər, fahişəlik etdiyini də deyər, amma fahişəlik, içki və zina mövzusunda müsəlmanlara qarşı çox azğın və aqressiv olar. Məsələn, müsəlmanlara, mömin qadınlara böhtan ata bilər. Halbuki, özü fahişəliyin içindədir, lakin mömin qadınlara, mömin xanımlara fahişəlik iddiası və yaxud haram etdiyini iddia edə bilər.
Məsələn, özü açıq-saçıq həyat yaşayarkən və yaxud ailəsi yaşayarkən, mömin qadınlara təsəttür iddiası ilə hücum edə bilər. Münafiq xarakterində bu vardır. Və yaxud özü içki içdiyi halda müsəlmanların içki içdiyini iddia edərək onlara böhtan ata bilər. Cəmiyyət içində belə tiplər çoxdur. Ona görə münafiqlərin təsnifatını sxemli şəkildə hazırlamaq lazımdır. Peşəkar və adi münafiq. Müsəlman kimi görünən, amma müsəlmanlığı yaşamadığını açıqca göstərən də vardır, müsəlmanlığı çox yaxşı yaşadığını iddia edən də vardır. Murdar, azğın olanları vardır, bir də çox sakit, tərbiyəli kimi görünən və hiyləgər olanları vardır, yəni gizli hərəkət edənlər. Bunları da yaxşı ayırd etmək lazımdır.

