Passivliyə və Passiv İnsanlara Qarşı Fikri Mücadilə Quranın Əmridir

Passiv xarakterli insanların demək olar ki, hamısının ortaq olan bəzi cəhətləri, yəni onları bizə tanıdan əlamətləri var. Əqli zəiflik, fərasətsizlik, tənbəllik, qorxaqlıq, xəyanətkarlıq, hiyləgərlik, mal ehtirası, neqativlik, sevgisizlik, qürur, qısqanclıq kimi “səmimi möminlərdə Allahın izni ilə əsla rast gəlinməyən” bəzi əsas xüsusiyyətlər, bu cür insanlar üzərində tez-tez müşahidə olunur. Bu ortaq xüsusiyyətlər bu kəslərin, müxtəlif mühitdə və ya eyni mühitdə belə olsalar, lazım gəldikdə möminlər əleyhinə ittifaq edə bilmələrinə səbəb olar.

Əsas olaraq müsəlmanların arasında yaşayan və onları passivləşdirməyə çalışan bu kəslərin istifadə etdikləri gizli və açıq üsulları var. Bir tərəfdən də bu kəslərlə ittifaq etmə imkanına sahib inkarçılar vardır. Bunlar, iman edənləri passivləşdirmək niyyətində olan insanlardır. Müsəlmanlara düşən vəzifə, din daxilində passiv və şövqsüz bir müsəlman modeli yaratmaq istəyən bu pis niyyətli insanlara qarşı, Quran ayələrində bildirilən fikri mübarizəni həyata keçirmək və onların digər insanları da passivləşdirmələrinə mane olmaqdır.