Paşinyandan İran etirafı

Böyük Britaniyanın dərin gücləri 19-cu əsrin əvvəllərindən diqqətini Yaxın Şərqə yönəltməyə

Böyük Britaniyanın dərin gücləri 19-cu əsrin əvvəllərindən diqqətini Yaxın Şərqə yönəltməyə başladı. Çünki bu bölgə müstəmləkəsi olan Hindistanla arasındakı ticarət yolları üzərində yerləşirdi. İngiltərə dərin dövlətinin bu yolların təhlükəsizliyini təmin etmək və yeni ərazilər işğal etmək məqsədi ilə bölgəyə nəzarəti ələ keçirmək kimi böyük ideyaları vardı.

Osmanlının tabeliyində olan Misir, Süveyş, Fələstin, İraq, Bəsrə kimi əsas yerlərlə yanaşı, bölgədə çox mühüm strateji mövqeyi olan digər ölkə isə İran idi…

Həmin dövrdə İngiltərə Hindistandakı müstəmləkə sistemi qarşısında ən böyük təhlükə hesab etdiyi Rus Çarlığına qarşı 1830-1895-ci illərdə tarixçilərin “Böyük oyun” adlandırdığı geniş planı tətbiq etməyə başladı.

Bu “oyun”un əsas məqsədi Rusiyanın cənuba irəliləyişini dayandırmaq üçün Osmanlı, İran və Buxara əmirliyini aralıq bölgə halına salmaq idi. Bununla da Rusiyanın Hindistana quru ərazidən çatmasının qarşısı alınacaqdı. Bundan başqa Rusiya tərəfindən Bəsrə Körfəzi və ya Hind okeanında İngiltərənin dəniz ticarət yollarına əngəl olan limanlar salmasının qarşısı alınacaqdı.

“Böyük oyun”un davam etdiyi müddətdə İngiltərə dərin dövləti İranı cənubdan mühasirəyə alaraq yarım müstəmləkə halına saldı. Ölkənin bütün sərvətlərini qəsb etməklə bütün sahələrdə imtiyazlar əldə etməyə çalışdı. Digər tərəfdən isə ölkəni zəiflətmək məqsədilə məhz özünün yaratdığı babilik, bəhailik kimi azğın cərəyanlardan məzhəbçiliyi qızışdırmaq, sui-qəsd, üsyan, terror və çaxnaşmalar törətmək üçün istifadə etdi. İngilis dərin dövlətinin ən etibarlı casusları da bu azğın təriqətlərin içindən çıxırdı. Daxildə çaxnaşma törətmək planlarının başında isə Hindistandakı Britaniya rəhbərliyinin İranla bağlı gizli təhlükəsizlik nümayəndəsi Manekci Hateria dururdu…

1908-ci ildə İranda neftin tapılması nəticəsində İngiltərə Dərin Dövləti özünün 20-ci əsrdəki İranla bağlı siyasətini müəyyən etdi. Bu siyasətdə əsas yer tutan isə işğallar, hərbi və siyasi müdaxilələr, sosial-iqtisadi layihələr və dövlət çevrilişləri idi. 1913-cü ildə İngiltərə hökuməti İranın bütün neftini öz mülkiyyətinə keçirəcək bir müqavilə bağlamaq üçü addım atdı. Altı il sonra isə özünün İranın ordu və xəzinəsinə nəzarət etmə imkanı verən bir təklif irəli sürdü.

1-ci Dünya müharibəsində ingilislər İranın cənubunu işğal etdilər. Qəzvinə qədər olan əraziləri ələ keçirib qacarlar sülaləsinin tabeliyində olan bölgələri nəzarət altına alaraq ölkədə yeganə gücə çevrildilər. Ölkəni zəiflətmək üçün qıtlıq siyasətini yenidən tətbiq etdilər. Osmanlı və ABŞ kimi ölkələrdən ərzaq yardımı edilməsinin də qarşısını aldılar.

1917-ci ildə 20 milyon İran əhalisi iki il davam edən qıtlıq dövründən sonra 1920-ci ildə 11 milyona enmişdi. Bütün bu fəlakətlər davam edərkən İngilis dərin dövlətinin iğtişaş və ölüm vasitəsi olaraq ortaya çıxardığı bəhailər də 1916-cı ildən etibarən yenidən şiddətli terror əsdirməyə başladılar.

2-ci Dünya Müharibəsində də bitərəfliyini qorumasına baxmayaraq, Böyük Britaniya yenə İranın böyük hissəsini işğal etdi və müharibədən sonra geriyə aclıq və səfalətlə mübarizə aparan bir ölkə qoydu.

Maraqlıdır ki, bu qədər aclıq və qıtlıqla qarşılaşan İran eyni zamanda dünyanın ən zəngin neft yataqlarına sahibdir. Bu ziddiyyətin başlıca səbəbi ölkə neftini əsrin əvvəlindən bəri nəzarəti altında saxlayan ingilislərin “Anglo-Persian Oil Company” (APOC) şirkəti idi. 1935-ci ildən Anglo-İranian Oil Company (AİOC), daha sonra isə “BP” adlanan bu şirkətin 1950-ci illərdəki illik gəliri 200 milyon funt olmuşdu. İranın gəliri isə sadəcə 16 milyon idi.

1908-ci ildən bəri öz mülkü hesab etdiyi İran neftinə kiminsə toxunmasına icazə verməyən İngiltərə yarım əsrlik enerji ehtiyacını buradakı neftin hesabına ödəyirdi. İran xalqı isə aclıq və ölümə sürüklənirdi.

İngiltərənin ABŞ-dan tələb etməsi ilə prezident Eyzenhauzer Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) dövlət çevrilişi təşkili etməyi tapşırmışdı. 1953-cü ilin yazında İranda hökumətə qarşı kütləvi qiyamlar təşkil edən CİA bir ay davam edən “Ayaks əməliyyatı” nəticəsində General Fəzlulla Zahidin rəhbərliyi ilə dövlət çevrilişini həyata keçirdi.

İngiltərə dərin dövlətinin 1800-cü illərin əvvəllərində başlatdığı “Böyük oyun” hələ də İran, Türkiyə, Yaxın Şərq və İslam dünyası üzərində davam edir. Məzhəb, milliyyət, irq müxtəlifliyini qızışdıraraq müsəlmanı müsəlmana qırdırma siyasəti həmişə eyni qalmışdır. Dəyişən sadəcə adlar, obrazlardır… Əvvəllər bu məqsədlə istifadə edilən babilərin, bəhailərin yerini MI6 şiələri, MI6 sünni və sələfiləri tutmuşdur.