Parlaq rəngli ilbiz növü

Nudibranch qabıqsız ilbiz növüdür. Bu ilbiz çox parlaq rənglərə malik və gözoxşayandır. Bu xüsusiyyətlər heyvanlar üçün çox cəlbedici olsa da, çox az heyvan Nudibranchs ilə qidalanır. Bunun səbəbi Nudibranchın gicitkən hüceyrələridir. Bu hüceyrələr heyvanı yaxşıca qoruyur. Nudibranch bu gicitkən hüceyrələrini özü istehsal etmir. Xiroid adlanan zəhərli canlıları yeyir və onları həzm sistemində üyütmür. Bu heyvanlar Nudibranchın həzm sistemindəki qoruyucu selik ilə örtülür və gicitkən hüceyrəsi kimi qoruma təmin edirlər. (The Ocean World of Jacques Cousteau, səh. 28)