
Qurandakı işarələri və Peyğəmbərimizin hədislərindəki ətraflı açıqlamaları bir yerə gətirdikdə əhəmiyyətli bir nəticəyə gəlirik. Ayə və hədislər Axırzamanın iki mərhələli olduğunu göstərməkdədir. Birinci dövrə dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövr; bunun ardından gələcək ikinci dövrə isə “Qızıl dövr” olaraq adlandırılan, Quran əxlaqının və hər sahədə üstün bir rifahın yaşanacağı bir dövrdür.
Qızıl dövrün sona çatması ilə birlikdə, dünyanın çox sürətli sosial tənəzzül dövrünə girməsi ilə də qiyamət saatının gəlişi gözlənilir. Açıqca görülür ki, bəhs edilən işarələr bir-birinin ardınca, eynilə təsvir edildiyi şəkildə, yaşadığımız dövrdə ortaya çıxmağa başlamışdır. On dörd əsr bundan əvvəl bildirilən əlamətlərin çıxması, inananların Allaha olan iman və bağlılıqlarını artıran son dərəcə böyük hadisələrdir. Bu qədər işarənin bir yerdə və çox qısa zaman ərzində ard-arda reallaşmış olması əlbəttə təsadüf deyil. Bu işarələr Allahın inanan bəndələrinə müjdəsidir.

Bu ayədə Hz. Xızırın Hz. Musaya bir gəmi haqqında məlumat verdiyi və gəmidəki insanları qorumaq üçün müxtəlif hikmətlərlə bu gəmiyə ziyan verərək batırdığı xəbər verilmişdir:
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)
Yenə həmin surənin 71-ci ayəsində Hz. Musanın Hz. Xızıra yönəltdiyi “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?” sualı da, Hz. Xızırın müdaxiləsi nəticəsində ayədə bəhsi keçən "gəminin batdığını" xəbər verir:
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71)
Ayənin bu ifadəsindən Hz. Xızırın bəhs etdiyi gəminin də saya oturduğu və batdığı aydın olur. Ehtimal olunur ki, Quranda xəbər verilən bu hadisə 1979-cu ildə İstanbul boğazında meydana gələn qəzadan sonra Independenta adlı gəminin də saya oturub uzun müddət yandıqdan sonra batmasına işarə edir.

Hədislərdəki Dəccal anlayışı nəyi ifadə edir?
Dəccal anlayışı, Axırzamanda Hz. İsa və Hz. Mehdiyə qarşı olub, insanlar arasında inkarın yayılması üçün mübarizə aparan, insanları pisliyə sürükləyən ən böyük mənfi gücü ifadə edir. Hədislərdə ümumiyyətlə bir şəxs olaraq təsvir edilir, ancaq bu bir adam ola biləcəyi kimi, şiddətə və vəhşiliyə istiqamətləndirən, şeytanı xüsusiyyətlərə sahib və insanları zülmə aparan bir ideologiya da ola bilər.
İnsanları inkara sürüyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq çıxmasını təmin edən hər cür ideologiya və düşüncə sistemi, Dəccalı təmsil edir. Dəccalı təmsil edən bu sistem ümumiyyətlə Dəccaliyyət olaraq adlandırılır.

Hz. İsa və Hz. Mehdinin zühurunun baş verəcəyi bu mübarək dövrdə inkarçı fəlsəfə və ideologiyalar tamamilə ortadan qalxacaq və dünyanın hər tərəfində davam edən zülm və qarışıqlıq tamamilə sona çatacaq.
Hz. İsa və Hz. Mehdi dövründə Allah inancı Peyğəmbərimizin dövründəki kimi yaşanacaq, Quran əxlaqı insanlar arasında hakim olacaq və bütün dünya hüzur və sülh məkanına çevriləcək. Yer üzündə müharibə və qarşıdurma baş verməyəcək, bütün silahlar aradan götürüləcək, bircə şəxsin belə burnu qanamayacaq.
Keçmişdə yaşanan əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, yoxsulluq, ədalətsizlik və degenerasiya bu mübarək dövrdə aradan qalxacaq, hər cür sıxıntının yerini bərəkət, bolluq, zənginlik, xeyir, sülh və hüzur alacaq. Texnologiyada çox böyük tərəqqi olacaq və bunlar bütün insanların xeyiri və rahatlığı üçün istifadə ediləcəkdir. İncəsənət və estetika sahəsi də çox inkişaf edəcək, bu dövr Uca Rəbbimizin icazəsi ilə “Qızıl Əsr” adlanacaqdır.
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar. (Rum surəsi 41)
Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi 112)
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.(Bəqərə surəsi 214)
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi 59)
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Taha surəsi 124)
Əgər o ölkələrin əhalisi iman gətirib qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət açardıq. Lakin onlar yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq. (Əraf surəsi 96)
Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular. (Hud surəsi 116)
O, iş başına keçən kimi (üzünü çevirib gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi 205)


Masonlar, xristianlara digər insanlarla mübarizə aparmağı şövq və həyəcanla edilən müqəddəs mübarizə kimi göstərmiş və beləliklə də xristianları da bu oyuna daxil etmişdilər. Bu hiyləgər oyunun nəticəsində xristianlar dəccal sistemi ilə mübarizəni bir kənara qoyub müsəlmanlarla mübarizəyə başlamışdılar. Dəccal isə səmimi qəlbdən Allaha, Peyğəmbərə, cənnətə, cəhənnəmə inanan insanları bir birinə düşmən etmişdir. İnsanlar dəccali sistemin təsiriylə Allah inancından uzaqlaşmış, ATEİZM BÜTÜN DÜNYAYA YAYILMIŞDIR. Dəccal hər iki dinin tərəfdarlarını təzyiq altına alıb Darvinizm, faşizm, kommunizm kimi Allah inancını yalanlayan sistemləri sürətlə inkişaf etdirmişdir. İki dinin tərəfdarları əsassız bir şübhəyə qapılmışkən, masonluq bu oyunun nəticəsində zaman keçdikcə güclənmə imkanı tapmışdır.
(İsbat-ül Hüdat, 6-cı cild, səh. 275)