P2 və Mossad

Bu cür qaranlıq təşkilatlanmağa sahib olan P2-in əhəmiyyətli “İsrail əlaqəsi” də vardı. “The Middle East International” jurnalı, 1981-ci il iyul sayında lojanın İsraillə və xüsusilə də Mossadla çox yaxın əlaqələri olduğunu ortaya qoymuş, P2-in bu “İsrail əlaqəsi”ndə İtaliya daxilindəki yəhudi camaatının da əhəmiyyətli rolu olduğunu bildirmişdi. İtalyanın ikinci böyük zəngini olan Carlo de Benedittinin də P2 ilə yaxın əlaqədə olduğu sonrakı illərdə ortaya çıxmışdı. Həmçinin lojanın ABŞ və Avropadakı yəhudilər ilə də çox yaxın əlaqələri vardı. Henri Kissincer, Edmond de Rotşild və David Rokefeller P2-ə son dərəcə yaxın olan adların başında gəlirdi. Belə ki, Baron Ellie de Rotşildin, P2-yə xəyanət etməyə cəhd edən Roberto Calvinin “masonik” asılması üçün lazım olan pulu təmin etdiyi belə, İtalyan Panorama jurnalında nəşr olunmuşdu. (Panorama, 3 yanvar 1993) Henri Kissincer isə birbaşa P2-in yüksək səviyyəli heyətində idi: Uğur Mumcu, Papa-Mafiya-Şəbəkə adlı kitabında “P2-nin 33-cü dərəcəyə yüksəlmiş masonlardan ibarət olan üst şurası, Monte Karlo Komitəsi adı ilə tanınır. Monte Karlo lojasına Henry Kissincer də üzvdür” deyirdi. (Uğur Mumcu, Papa Mafya Ağca, 4-cü nəşr, İstanbul: Tekin Yayınevi, 1987, səh. 246)

P2-nin İsrail və xüsusilə də Mossadla olan “ittifaqı”, sabiq Mossad agenti Victor Ostrovskyun çox əks-səda oyandıran “By Way of Deception” (Hiylə yoluyla) adlı kitabından sonra 1994-cü ildə nəşr etdiyi “The Other Side of Deception” (Hiylənin digər üzü) adlı kitabında da bildirildi. Ostrovsky, bir Mossad-P2-Gladio əlaqəsindən danışırdı. Sabiq agentin yazdığına görə, Licio Gelli, yəni P2 mason lojasının məşhur ustadı, “Mossadın İtaliyadakı müttəfiqi” idi və Gellinin idarə etdiyi P2 ilə, yenə Gelliylə yaxın əlaqəsi olan əks-partizan təşkilatı Gladio da Mossadla ittifaq içində idi. Mossad, Gelli-P2-Gladio əlaqələrini istifadə edərək 80-ci illərdə İtaliya üzərindən silah ticarəti etmişdi. (Victor Ostrovsky, The Other Side of Deception: A Rogue Agent Exposes the Mossad’s Secret Agenda, New York: Harper Collins Publishers, 1994, səh. 226)