P2 lojasının siyasi fəaliyyətləri və cinayətə qədər çatan günahları ilə yanaşı, təşkilatlanma quruluşu və tətbiq etdiyi ayinlər də olduqca dəhşət verici idi. Bu xüsusi loja, bilinən mason lojalarından fərqli bir yerdə, böyük gizlilik içində yaranmışdı və lojaya gələnlər də böyük gizlilik içində hərəkət edirdilər. İtalyan jurnalist Luigi Difonzo, İtaliyadakı P2, qara pul və mafiya əlaqələrindən bəhs etdiyi St. Peters Bankir adlı kitabında, köhnə P2 üzvlərinin etiraflarına söykənən, bu lojanın necə bir yerdə yerləşdirilməsini belə izah edər:
İki köhnə P2 üzvü, lojanın yığıncaqlarında verdikləri andları izah edirdilər. İlk olaraq, Tuscany bölgəsindəki Alp dağlarının ətəklərində gizli olan bir villaya aparılmışlardı. 3.5 metrlik divar, diqqətlə işlənmiş zəmini mənzərədən ayırırdı. Əsas həyətin ortasında ağac gövdəsinə bənzəyən bir fəvvarə dayanırdı. Qabarıq başlığıyla kobra bənzəri bir heykəl, vurmağa hazır kimi qoruyucu formada məkanı müşahidə edirdi. Kobra heykəlinin başı, insan kəlləsinin iki qatı böyüklüyündə idi. Gün işığında mavi, gecə vaxtı qırmızı olan bir gözü vardı, fəvvarə dəvətsiz kimsə hərəkət etdikcə istiqamətini təyin edən, kobranın başlığı içində və gözünün arxasında dəvət edilən və ya gözlənilməyən qonaqları izləyən elektronik kamera vardı. Sprinkler kamera, hər birində 5 stansiya olan 8 monitorun 8 qonaq otağını, hovuz, yemək otağını, dincəlmə otağını və əyləncə otağını izləyir və villa içindəki bir otaqdan nəzarət edilirdi. Aşağı yuxarı 10 kamera, kobranın içindəki də daxil, infraqırmızı linzalara sahib idi. Xarici kameraların hamısı təbii mühitdə gizlənmişdi.
Villanın içi möhtəşəm idi. Hər otaq mərmər zəminli idi və antikvarlarla döşənilmişdi. Yüksək tavanları, incə işlənmiş qızıl yarpaq qabartmaları, Mussolini, Hitler və Peronun portretlərini araşdıran bir ziyarətçi ruha işləyən və qorxu ilə, ağılı çirkləndirən təhlükə və gücün canlı, nəfəs alan bir növ qoxusunu, hissini yaşayırdı. İl 1964-cü il. (Luigi DiFonzo, St. Peter’s Banker, Franklin Watts Ltd.,1983)
Bu gizli və möhkəm lojada edilən ayinlər isə, tüklər ürpərdici idi:
Yığıncaq otağında, satanist mərasimlər və Ku Klux Klan üzvləri tərəfindən geyimləri xatırladan qara başlıqlar geymiş P2-in 12 üzvü qırmızı mərmər konfrans masasında dəri kürsülərə otururdular. Bunlar Gellinin “Qurd dəstəsi” olaraq bilinən komandanın seçmə elita üzvləri idi, bəzilərinə görə bunlar vurucu komanda funksiyası yerinə yetirirdi. Heç bir qara paltarlı mürid, digər 11 qardaşının şəxsiyyətini bilmirdi. Böyük ustad Licio Gelli, üzünü göstərən tək adam idi. İki mason isə yığıncaq otağının girişində dayanırdılar. Onların da üzləri örtülü idi… Bunlar, vəzifələri Böyük ustadı qorumaq olan və “Il Momento de Passare all” (Həqiqi hərəkat üçün zaman) kod adıyla təyin olunan, vəzifəyə xəyanət edə biləcək 12 müriddən hər hansı birini öldürmək olan Mussolini faşistləri idi… Hər bir cangüdən (faşizmin simvolu olan) balta daşıyırdı; həmçinin avtomatik silahları da vardı. (Luigi DiFonzo, St. Peter’s Banker, Franklin Watts Ltd.,1983)
Tam bir mafiya təşkilatı şəklində təşkilatlanmış olan P2 mason lojasına üzv olmaq üçün edilən mərasimdə isə, lojanın mərhəmətsiz üsulları və siyasi məqsədləri ortaya çıxırdı:
Mərasim başladı. Qapı nizamsız olaraq vurulurdu. “Çox möhtərəm” deyə bir mürid anons etdi “bir kənar şəxs içəri girmək istəyir”. Böyük ustad baltasıyla masaya bir dəfə vurdu. Dərhal böyük qapının tağları açıldı və içəri divara çırpıldı. İki gözətçi yeni gələnə otağının ortasına qədər yoldaşlıq etdi. Kənar şəxsin gözləri bağlı idi və düz qara başlıq geymişdi. Şəxsiyyətini Böyük ustaddan başqası bilmirdi. Hər mason tərəfindən bir sual verildi, amma kənar şəxs cavab vermədi, onun yerinə bir gözətçi danışdı. Məqsədləri, inancları və P2-in üzvü olmağı istəmək üçün səbəbləri haqqındakı mərasim sualları cavablandırıldıqdan sonra, onun üzü “Kənar şəxs, P2-in sirlərini gizlətmək üçün ölməyə hazırsan?” sualını soruşan Böyük ustada tərəf döndü. Artıq sualları özü cavablandıra biləcəkdi: “Hazıram”. “Təhlükələri kiçik hesab edə biləcək bir xüsusiyyətə sahibsən?” “Bəli”.” “Lazımlı cəsarətə sahibsən?” “Cəsarətliyəm.”… “Və, döyüşməyə, hətta utancla və hətta ölümlə üzləşməyə hazırsan ki, beləliklə sənin qardaşların olan bizlər, bu dövlət sistemini yox edib, bir başçılıq sistemi qura bilək?” “Hazıram.” Sonra gözündəki bağları açıldı. Görüşünün dəqiqləşməsi bir müddət çəkdi, çünki kompleksə gəldiyindən bəri, ilk dəfə işığı görməsinə icazə verilmişdi. Göz bağları təhlükəsizlikdən çox başqa bir məqsədə xidmət edirdi. P2-in gücünü təmsil edirdi: “Üzv olmadan bir adam kordur, amma təşkilatın köməyiylə yol dəqiqləşər.” (Luigi DiFonzo, St. Peter’s Banker, Franklin Watts Ltd.,1983)

