Şübhəsiz P2 qalmaqalı İtaliya üçün olduğu qədər başqa ölkələr üçün də dərs olmalıdır. Qalmaqalla birlikdə masonluğun bir ölkə içində “görünməyən hökumət” halına gələ bildiyi və bir mafiya təşkilatı kimi dövləti soya biləcəyi ortaya çıxmışdır.
Əlbəttə həm İtaliyadakı, həm də başqa ölkələrdəki masonlar açıqlamalar edərək P2-nin “istisnalı” bir vəziyyət olduğunu, həqiqi mason lojası olmadığı, digər lojalardan qopmuş və öz içində ayrı quruluş inkişaf etdirmiş olan bir təşkilat olduğunu söylədilər. Halbuki bu hiylə idi. İngilis jurnalist-yazıçı Martın Short, P2-nin masonik qaydalara görə qurulan və işləyən “həqiqi və düzgün” mason lojası olduğunu, İngiltərə Böyük Lojası ilə yaxın əlaqə içində olduğunu dəlilləriylə izah edər. Shortun yazdığına görə bu lojanın digər lojalardan tək fərqi, “gizli” tutulması üçün alınmış olan qərardır. İtaliya Böyük Lojası Böyük ustadı Lino Salvini, 1977-ci ildə Gelliyə P2-nin işlərinin davam etdirilməsini əmr etmiş, ancaq P2-nin digər İtalyan lojalarından təcrid edilməsi və gizli tutulması istənilmişdi. (Martin Short, Inside the Brotherhood: Further Secrets of the Freemasons, London: Grafton Books, 1989, səh. 116-118)
Belə ki, P2-nin ortaya çıxmasının ardından masonluğun mafiya ilə əlaqələrinin sürməsi, “Ata” ləqəbli Andreotti kimi əfsanəvi siyasətçinin mason olduğunun ortaya çıxması, ya da İctimai Demokrat Baş nazir Bettino Craxinin masonlarla olan əlaqəsinin aşkara çıxması da, P2-nin istisnalı vəziyyət olmadığını göstərirdi. Onsuz da bu səbəblə italyan mətbuatında bir ara “P3”-ün var olub olmadığından bəhs edildi. 1993-cü ilin son günlərində italyan polisi tərəfindən tutulan və mafiyada “ataların atası” olaraq tanınan Salvatore Riinanın da mason olduğu ortaya çıxdı. Riina, “La Stampa” qəzetində nəşr olunan ifadəsində, digər bir çox mafiya atasının da mason olduğunu və bir çox hakimin də mason olmaları səbəbiylə mafiya atalarına köməkçi olduqlarını söyləmişdi. Hətta bu səbəblə daha sonra İtalyan Yüksək Hakimlər heyəti açıqlama edərək hakim və prokurorların mason olmasının qadağan edildiyini bildirmişdi.
İtaliyada masonluğa qarışmış bütün bu sui-istifadə qalmaqallarının ardından gələn “Təmiz əllər” adlı təmizlik hərəkəti də həqiqətdə bir işə yaramadı: “Təmiz əllər”in ardından qurduğu Forza Italia adlı partiyasıyla Baş nazir olan media kralı Silvio Berlusconi də P2 üzvü idi. Bununla yanaşı, İsraillə son dərəcə maraqlı bəzi əlaqələrə sahib idi. (Werner Raith, “Yeni Mafya Karteli” adı ilə Türk dilinə tərcümə edilən kitabında (İstanbul: Sarmal Yayınevi, 1995), Berlusconinin P2 üzvü olduğunu, hətda 1994-cü ildə siyasətə atılanda qardaşlarından böyük dəstək aldığını yazmışdır.)
Qısacası P2, masonların qalmaqalını ört-bas edə bilmək üçün söylədikləri kimi bir “istisna”, yada “qəza” deyildi. Əksinə, masonluğun bir ölkədəki yüksək səviyyəli heyətləri içində saxlaya bilməsi üçün P2 tərzi “gizli və təcridi” lojaları seçdiyi aydın olur. “İstisna” ya da “qəza” olan bir şey varsa, bu da P2-nin ortaya çıxmış olmasıdır.
Bu mühakiməni gücləndirən bir başqa maraqlı xəbər də 1995-ci ilin əvvəlində İngiltərədən gəldi. İngilis siyasətindəki sui-istifadələri araşdırmaq üçün Lord Nolan başçılığında qurulan və “İngilis təmiz əlləri” adı verilən komissiya, hadisənin içində masonların böyük rolu olduğunu fərq etmiş və araşdırmasını bu təşkilat üzərində sıxlaşdırmağa qərar vermişdi. 21 yanvar tarixli “The Independent”in başlıqda verdiyi xəbərə görə, İngiltərə tarixində ilk dəfə masonlar haqqında belə bir araşdırma edilirdi. Xəbərdə, 300 min üzvü olan mason lojalarının; təhlükəsizlik, hökumət, hüquq, bank, siyasət və “sistemin digər bütün sahələrində” üst səviyyə mövqedə olduqları ifadə edilmiş, masonların təsirinin krallıq ailəsinə, Lordlar Kamerasına, Yüksək Məhkəməyə (bizdəki Konstitusiya Məhkəməsi) və ölkənin ən böyük şirkətlərinin idarə heyəti otaqlarına uzandığı vurğulanmışdı. Xəbərdə həmçinin masonların təşkilatlanma şəkliylə əlaqədar əhəmiyyətli bir məlumat da verilmişdi: İngiltərədə, eyni İtaliyadakı P2 nümunəsində olduğu kimi normal lojalardan daha qədim və daha gizli “xüsusi lojalar” vardı. Məsələn bu xüsusi lojalardan biri, üzvlərini yalnız Müdafiə Nazirliyindən, yüksək səviyyəli zabitlərdən və silah şirkətləri rəhbərlərindən seçirdi.
Bənzər bir qalmaqal yaxın tarixdə Fransada da gündəmə gəlmişdir. Bir dövlət adamı olan Roland Dumasın etdiyi sui-istifadələrin, mason olması səbəbiylə bəzi digər yüksək səviyyə səlahiyyətlilər tərəfindən illərcə ört-bas edildiyi ortaya çıxmışdır. Fransız həftəlik “Le Point” jurnalının nümayiş etdiyi bir araşdırma sənədində, Fransada masonların etmiş olduğu digər bəzi çirkli işlər gözlər önünə sərilmişdi. Sənəddə masonların bir-birlərini bu şəkildə necə qoruduqları və bir çox qeyri qanuni işi necə gizlətdikləri açıqlanır.
İtaliyada yaşanan P2 nümunəsinin bir təsadüf olmaması, əksinə masonların İngiltərə və Fransa kimi başqa ölkələrdə də bənzər üsullar istifadə etməsi, şübhəsiz üzərində dayanılması lazım olan bir nöqtədir. Və bu vəziyyətdə, təbii olaraq, başqa ölkələrdə də başqa “P2”-lərin var ola biləcəyi ehtimalı ağla gəlir.

