İnsan dünyada yaşadığı müddət boyu başına gələn hər hadisədə verdiyi reaksiyalarla və içindən keçirdiyi düşüncələrlə sınanar. Bu sınaq zamanı qarşısında hər zaman iki seçim haqqı olar: Ya daim pisliyi əmr edən nəfsinin səsinə, ya da özünü bu pisliklərdən çəkindirən vicdanının səsinə uymalı olar. Allah, insanın içindəki bu iki səsə ayələrdə diqqət çəkir:
Nəfsə və ona “müəyyən nizam içində biçim verənə”, Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). (Şəms surəsi, 7-8)
Ayədə də bildirildiyi kimi, nəfs insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pisliyə çağırar. İnsanın öz istək və arzularını ön plana çıxardaraq, Allahın rizasını görməzlikdən gəlməsini istəyər. Həmçinin bunu da çox müxtəlif bəhanələr irəli sürərək hiyləgərcəsinə edər. Belə ki, əgər insan vicdanını dinləməsə, nəfsinin fısıldadıqlarına asanlıqla aldanar.
Halbuki, şərtlər və tələblərin nə olmasından asılı olmayaraq, vicdan insan ömrünün sonuna qədər bir an belə susmaz. Nəfs həmişə bəzi bəhanələr gətirsə belə, vicdan mütəmadi şəkildə insana nəyin doğru, nəyin yanlış olduğunu açıqca söyləyər. Bu, Allahın insan üçün yaratdığı mükəmməl sistem və böyük nemətdir. Hansı hadisə ilə qarşılaşırsa da, dünyanın harasına getsə də, hansı mədəniyyətdən olsa da, hər insan içində daim müraciət edə biləcəyi düzgünlük rəhbərinə sahibdir.
Unutmayın, siz də bu düzgünlük rəhbərinə sahibsiniz. O zaman, əsla içinizdəki bu səsin söylədiklərini anlamazlıqdan gəlməyin.
Üstəlik, vicdan təkcə möminlərə məxsus ilham deyil. Bu səs inkarçılar da daxil olmaqla, hər insanın içində var. Lakin möminlərin fərqi, həyatlarının hər anında vicdanlarından istifadə etmələri və onun səsini dinləmələridir. İnkarçılar isə özlərinə haqqı göstərdiyi halda vicdanlarının səsini dinləməyib nəfslərinin istək və arzularına tabe olarlar. Allah bu mövzuya Quranda hz. İbrahimlə əlaqədar bir hekayədə diqqət çəkmişdir. Hz. İbrahim, qövmünün sitayiş etdiyi bütləri, ən böyükləri istisna olmaqla, parça-parça etdikdən sonra qövmüylə aralarında belə söhbət keçmişdir:
Onlar dedilər: “Ey İbrahim, bunu ilahlarımıza sən etdin?” İbrahim dedi: “Xeyr, bu etmişdir, bu onların ən böyüyüdür. Əgər danışa bilirsə özündən soruşun”. Bundan sonra öz vicdanlarına müraciət edib: “Həqiqət budur ki, zalım olan sizlərsiniz (bizik)” dedilər. Sonra yenə öz bildiklərinə qayıdıb dedilər: “And olsun ki, bunların danışa bilməyəcəklərini sən də bilirsən”. (Ənbiya surəsi, 62-65)

